Mobil versiya
Valideynlər məktəb binasına buraxılmayacaq - Nazirlikdən açıqlama
Tarix: 16-09-2021 | Saat: 13:21
Bölmə:Təhsil | çapa göndər

Valideynlər məktəb binasına buraxılmayacaq -

Valideynlər məktəb binasına buraxılmayacaq.

aia.az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarə olunması şöbəsinin məsləhətçisi Elçin Kərimov deyib.

O bildirib ki, siniflərə giriş zamanı şagirdlərin sosial məsafə və gigiyena qaydalarına əməl olunması, qoruyucu vasitələrdən istifadə edilməsi təmin ediləcək:

"37.1 dərəcədən yüksək hərarəti olanlar məktəbə buraxılmayacaq. Şagird sıxlığı çox olan məktəblərdə sosial məsafənin gözlənilməsi ilə bağlı qaydaların müəyyənləşdirilməsi istiqamətində də müzakirələr aparılır".

Qeyd edək ki, 22 sentyabr tarixindən etibarən I-IV siniflər, 29 sentyabr tarixindən isə V-XI siniflər əyani təhsilə başlayacaq.

Ali təhsil müəssisələri, kolleclər və digər təhsil müəssisələri də sentyabrın 29-dan açılacaq.(trend)

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024