AZ RU Mobil versiya
Meropoliten qatar maşinisti işi üzrə seçim elan edib
Tarix: 14-09-2021 | Saat: 11:10
Bölmə:Ölkə | çapa göndər

Meropoliten qatar maşinisti işi üzrə seçim elan edib

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti hərəkət qatarlarının maşinisti peşəsi üzrə namizədlərin növbəti seçimini elan edir.

QSC-dən aia.az-a verilən məlumata görə, seçimdə iştirak etmək istəyən namizədə dair tələblər aşağıdakı kimidir:

• yaşı 24-30 arasında olan kişi və qadınlar;

• ali texniki və orta texniki təhsilli, ilk peşə ixtisaslı;

• kişi namizədlər üçün hərbi bilet (yararlılıq kateqoriyası ilə).

Seçim məntiq testi, müsahibə və psixoloji testlərin keçirilməsi yolu ilə aparılacaq.

Uyğun namizədlər tibbi yoxlamadan sonra tədris prosesinə qatılacaqlar.

6-7 ay davam edəcək nəzəri və praktiki məşğələlərin hər mərhələsinin yekununda imtahanlar keçiriləcək.

İddiaçılar “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin rəsmi veb-səhifəsinin “Karyera və əməkdaşlıq” bölməsinə daxil olaraq,“Bizdə iş” yarımbölməsində elektron müraciət formasını doldurmalıdırlar.

Elektron ərizə forması doldurularkən iddia edilən peşə kimi “MAŞİNİST” peşəsi mütləq qaydada göstərilməli və müvafiq xanaya yazılmalıdır.

Elektron ərizələr 15 sentyabr 2021-ci il tarixindən30 sentyabr 2021-ci il tarixinə qədər qəbul edilir.

Göstərilən müddətdən əvvəl və sonra göndərilən, həmçinin “maşinist” peşəsi göstərilməyən elektron ərizələr diqqətə alınmayacaq. Çünki ərizə formaları proqramlaşdırılmış qaydada avtomatik qeydə alınır və “maşinist” qeydi olmayan ərizələr müvafiq ərizə bankına daxil olmur.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

578 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2021