Mobil versiya
Yaqub Zurufçunun son durumu AÇIQLANDI
Tarix: 14-09-2021 | Saat: 09:42
Bölmə:Karusel / Gündəm | çapa göndər

Yaqub Zurufçunun son durumu

“Koronavirusa yoluxan Əməkdar artist Yaqub Zurufçunun vəziyyəti axşam saatlarından etibarən bir az da ağırlaşıb”.

Bu barədə oxu.az-a onun həyat yoldaşı Aynur Zurufçu məlumat verib.

O bildirib ki, həkimlərin sözlərinə görə, sənətçinin vəziyyətini stabil saxlamaq çətinləşib:

“Həkimlərlə danışırıq. Onlar deyir ki, əlimizdən gələni edirik. Lakin Yaqubun vəziyyətini stabil saxlamaq olmur. Vəziyyəti bir qədər də ağırlaşıb”.

Xatırladaq ki, Əməkdar artist Yaqub Zurufçu bir neçə gün əvvəl koronavirusa yoluxub. Onu dərhal “Yeni Klinika”nın reanimasiya şöbəsinə yerləşdiriblər. Həkimlər Y.Zurufçunun vəziyyətini stabil ağır olaraq qiymətləndirirlər.

Qeyd edək ki, Y.Zurufçunun müalicəsini Birinci vitse-prezident Mehriban Əliyeva nəzarətə götürüb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024