Mobil versiya
Mənzil alqı-satqı saytlarında dələduzlar var - Polisdən xəbərdarlıq
Tarix: 13-09-2021 | Saat: 13:37
Bölmə:Manşet / Cəmiyyət | çapa göndər

Mənzil alqı-satqı saytlarında dələduzlar var -

Bəzi şəxslər alqı-satqı saytlarında hər hansı bir mənzilin dəyərindən çox aşağı qiymətə elan qoyurlar. Zəng vurduqda isə evin başqasına verilməməsi üçün bank hesabına beh və ya kirayə pulunun göndərilməsini bildirirlər. Təhsil ilinin başlaması ilə əlaqədar məlumatsız vətəndaşlarımız daha çox bu dələduzların qurbanına çevrilirlər.

aia.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin sosial şəbəkədə yaydığı məlumatda bildirilib.

DİN vətəndaşların nəzərinə bir daha çatdırır ki, belə şəxslərə inanıb əvvəlcədən, mənzilə baxış keçirmədən heç bir halda ödəniş etməsinlər: "Bu halla üzləşən şəxslər isə DİN-in 102 Zəng-Mərkəzinə, ərazi polis orqanına və ya sosial şəbəkələrdəki səhifələrimizə müraciət edə bilərlər".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024