Mobil versiya
Sabah 35 dərəcəyədək isti olacaq
Tarix: 13-09-2021 | Saat: 13:21
Bölmə:Ölkə | çapa göndər

Sabah 35 dərəcəyədək isti olacaq

Sentyabrın 14-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən aia.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

Abşeron yarımadasında gecə 21-23° isti, gündüz 27-29° isti, Bakıda gecə 21-23° isti, gündüz 27-29° isti olacaq.

Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət 60-70 %, gündüz 45-50 % olacaq.

Sentyabrın 14-də Abşeron yarımadasında mülayim xəzri küləyi və komfort temperatur şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağıehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 18-22° isti, gündüz 30-35° isti, dağlarda gecə 9-14° isti, gündüz 15-20° isti olacaq.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə