Mobil versiya
Cabrayan: 200 ton qızıl Bakının nəzarətinə keçdi
Tarix: 09-09-2021 | Saat: 15:51
Bölmə:Media | çapa göndər

Cabrayan: 200 ton qızıl Bakının nəzarətinə keçdi

Nikol Paşinyanın “Qarabağ Ermənistandır” dediyi gün Ermənistanın qara taleyi bəlli oldu. Hazırda hamı başa düşür ki, Ermənistanın gələcəyi yoxdur. Məhz bu səbəbdən ermənilər ölkə sərhədlərini tərk edirlər.

Bu fikirləri Kanadadan olan məşhur erməni iş adamı Qraç Cabrayan "İcmal" verilişinin efirində səsləndirib.

Onun sözlərinə görə, şəxsən özü 44 günlük müharibə dövründə milyonlarla dollar itirib.

“Yadda saxlamalıyıq ki, uzun illər əvvəl Hitler də 7 milyon səs toplamaqla seçkilərdə qalib gəlib, lakin bir neçə il sonra o, intihar edib. Bəli, Paşinyan kimi insanlar sonda intihar edirlər.

Qeyd etmək istərdim ki, Bakının nəzarəti altına təkcə Qarabağ deyil, 198 ton xam qızıl keçib. Bu qızılın dəyəri bazarda 7 milyard dollar təşkil edir. Bu faktı çoxları bilmir”, - deyə erməni biznesmen vurğulayıb.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə