Mobil versiya
Peşə təhsili üzrə tələbə qəbulunun II mərhələsinin nəticələri açıqlanıb
Tarix: 09-09-2021 | Saat: 15:32
Bölmə:Təhsil | çapa göndər

Peşə təhsili üzrə tələbə qəbulunun II mərhələsinin nəticələri açıqlanıb

Peşə təhsil pilləsi üzrə tələbə qəbulunun II mərhələsinin nəticələri açıqlanıb.

Təhsil Nazirliyindən verilən məlumata görə, nəticələr “SMS” bildiriş vasitəsilə müsabiqədə iştirak edən şəxslərin mobil telefonlarına göndərilib.

Müsabiqədən keçən şəxslər qəbul olunduqları ixtisas və təhsil müəssisəsi barədə məlumatları http://portal.edu.az/ platformasında yerləşən “Şəxsi kabinet” bölümündən əldə edə bilərlər.

Peşə təhsil pilləsi üzrə tələbə qəbulunun II mərhələsi çərçivəsində müsabiqədən keçən şəxslər 9 – 13 sentyabr (saat 18:00-dək) tarixlərində aşağıda qeyd olunan sənədləri qəbul olunduğu peşə təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər:

Attestatın əsli;
Sağlamlıq və fiziki inkişafı özündə əks etdirən müvafiq formalı tibbi arayış;
Sistemdən (şəxsi kabinetdə) avtomatik çıxarılan ərizə nümunəsi;
Şəxsiyyət vəsiqəsinin surəti;
3 x 4 sm ölçüdə dörd ədəd fotoşəkil;
Hərbi bilet və ya çağırışçı şəhadətnaməsi;
Güzəştli şərtlərlə qəbul edilən şəxslər üçün müvafiq təsdiqedici sənəd.
Qeyd edək ki, müsabiqədən keçən şəxsin qəbul olunduğu peşə təhsil müəssisəsində qeydiyyatdan keçməməsi onun həmin ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024