Mobil versiya
Braziliya Futbol Konfederasiyası Argentina ilə oyunda baş verənlərlə bağlı açıqlama verib
Tarix: 06-09-2021 | Saat: 14:28
Bölmə:İdman | çapa göndər

Braziliya Futbol Konfederasiyası Argentina ilə oyunda baş verənlərlə bağlı açıqlama verib

Braziliya Futbol Konfederasiyası 2022 Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində Argentina ilə oyunun dayandırılmasının ardından açıqlama yayıb.

Futbol Konfederasiyasının saytında dərc olunan açıqlamada qeyd olunur ki, qurum dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən Braziliya-Argentina matçının dayandırılmasına səbəb olan hadisədən dərin təəssüf hissi keçirir.

Məlumata görə, Braziliya Futbol Konfederasiyası qəbul edilən sağlamlıq protokollarına tam riayət edir.

Xatırladaq ki, FIFA 2022-ci il Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən Braziliya və Argentina yığmaları arasındakı seçmə oyunun dayandırılıb.

Qeyd edək ki, bu matçda İngiltərə Premyer Liqasında çıxış edən Argentinanın dörd futbolçusu (“Totenhem”dən Covani Lo Selso, Kristian Romero, “Aston Vila”dan Emiliano Martines, Emiliano Buendia) hoteldə karantində qalmalı olsa da, stadiona gəliblər. Belə ki, Braziliya hökuməti Böyük Britaniyanı “qırmızı zona” ölkəsi elan etdiyindən, yerli qanunla oradan gələnlər 14 günlük karantində qalmalıdırlar.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə