Bazarda saxta “Sevimli” kolbasası satılır
Tarix: 03-09-2021 | Saat: 11:24
Bölmə:Media | çapa göndər
Uzun müddət “Sevimli dad” kimi əhalinin tanıdığı brendə oxşar nişanla - “Sevimli” adında bazara kolbasa çıxaran bir müəssisə fəaliyyət göstərir. İstehlakçılar müraciət edirlər ki, məhsulun hansı brendə aid olduğunu ayıra bilmirik.
Bu barədə Azad İstehlakçıları Birliyinin sədri Eyyub Hüseynov məlumat yayıb.
“Araşdırdıqdan sonra məlum oldu ki, “Sevimli” nişanı ilə kolbasa buraxan müəssisə hətta halal olması ilə bağlı saxta nişan, eyni zamanda Qazaxıstanın “Ansar” brendini məhsulun üzərinə vurub. Azərbaycanda malın etiketləşdirilməsi ilə istehlakçının aldadılması çox geniş yayılıb. Bu işlə məşğul olan qurumlar demək olar ki, heç bir fəaliyyət göstərmir”.
E.Hüseynov “Sevimli” brendinin bu qanunsuz hərəkəti ilə bağlı aidiyyəti qurumlara rəsmi məktublar yazdığını, ancaq heç bir araşdırma aparılmadan cavablar aldığını və hüquqi addım atılmadığını yazıb.
Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə sorğu göndərilib.
AİA.Az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
18-01-2025
17-01-2025