Mobil versiya
Futzal çempionatında transfer dönəminin vaxtı uzadılıb
Tarix: 02-09-2021 | Saat: 15:15
Bölmə:İdman | çapa göndər

Futzal çempionatında transfer dönəminin vaxtı uzadılıb

Futzal üzrə Yüksək Liqada transfer pəncərəsinin vaxtı uzadılıb.

Federasiyadan verilən məlumata görə, komandalar oyunçuların qeydiyyatını əvvəlcədən qeyd edildiyi kimi, sentyabrın 22-dək deyil, oktyabrın 10-dək həyata keçirə bilər.

Qeyd edək ki, Yüksək Liqada 2021-2022-ci il mövsümü üçün transfer dönəmi iyulun 5-də açılıb.

Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələbinə uyğun olaraq yalnız 18 yaşdan yuxarı vətəndaşlar COVID-19 pasportunu (vaksinasiya sertifikatı, xəstələnib sağalmış şəxslər üçün immunitet sertifikatı) göstərməklə idman zallarında məşq edə və ya oyun keçirə bilərlər.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024