Mobil versiya
COVID pasportu və birinci doza vaksin sertifikatını elektron əldəetmə qaydaları açıqlanıb
Tarix: 02-09-2021 | Saat: 10:06
Bölmə:Qərbi Azərbaycan | çapa göndər

COVID pasportu və birinci doza vaksin sertifikatını elektron əldəetmə qaydaları açıqlanıb

1 oktyabr tarixinədək “CheckApp” mobil tətbiqi üzərindən həyata keçirilən yoxlama zamanı COVID-19 pasportu əldə etmiş vətəndaşlarla yanaşı, immunitet sertifikatı olan və COVID-19 virusuna qarşı 1-ci doza vaksin sertifikatı olan vətəndaşlar da ictimai iaşə müəssisələrinə, mehmanxanalara və iri ticarət mərkəzlərinə daxil ola bilərlər.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən AİA.Az-a verilən məlumata görə, yoxlanış zamanı COVID-19 pasportunu, 1-ci doza vaksin sertifikatını və immunitet sertifikatını elektron şəkildə təqdim etmək istəyən vətəndaşlar “myGov” şəxsi kabinetlərindən qeyd edilən sənədləri aça və ya telefonuna yükləyərək göstərə bilərlər.

“myGov” mobil tətbiqini “iOS” və “Android” əməliyyat sistemi istifadəçiləri aşağıdakı linklərdən yükləyə bilərlər:

• "Android": https://play.google.com/store/apps/details?id=az.gov.my

• "iOS": https://apps.apple.com/az/app/mygov/id1533956540

Vətəndaşlar COVID-19 pasportu və sertifikatları, həmçinin e-TƏBİB və its.gov.az portalından təqdim edə bilərlər. Bu zaman vətəndaşlar ən yeni sənədin təqdim olunduğuna əmin olmalıdırlar.

Qeyd edək ki, “CheckApp” mobil tətbiqi Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) tərəfindən yaradılıb. Mobil tətbiq qurum və müəssisələrin icaze.e-gov.az portalı üzərindən müəyyən edilmiş səlahiyyətli şəxslərinin istifadəsi üçün nəzərdə tutulub.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-11-2024