Mobil versiya
Azərbaycan 23 ölkədən idxal qaydalarına dəyişiklik edib - FOTO
Tarix: 01-09-2021 | Saat: 15:27
Bölmə:İqtisadiyyat | çapa göndər

Azərbaycan 23 ölkədən idxal qaydalarına dəyişiklik edib - FOTO

Bitki Mühafizəsi üzrə Beynəlxalq Konvensiya çərçivəsində 23 ölkəyə Azərbaycana idxal edilən tərəvəz bitkilərinin toxumlarının virus və bakteriya xəstəliklərindən azad olması tələbi qoyulub.

Bunu Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli deyib.

O bildirib ki, hazırda dünya ölkələrində bitkilər üçün zərərli olan virus və bakteriya mənşəli xəstəliklərin yayılması müşahidə edildiyindən, bir sıra ölkələr tərəfindən idxal tələbləri sərtləşdirilir, bəzi hallarda məhsul idxalına qadağalar tətbiq edilir:

"Ölkəmizdə də bu istiqamətdə zəruri tədbirlər görülür. Həmçinin pestisidlər və aqrokimyəvi maddələrə nəzarət sistemi qurulur, pestisidlər və aqrokimyəvi maddələrin dövriyyəsi və istifadəsinə qoyulan tələblər sərtləşdirilir, nəzarət gücləndirilir".

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-11-2024