ÜST Azərbaycanda məktəbləri açmağı tövsiyə edib
Tarix: 01-09-2021 | Saat: 13:24
Bölmə:Təhsil | çapa göndər
Yeni tədris ili ilə əlaqədar olaraq uşaqların məktəbə qayıtmağa hazırlaşdığı bir dövrdə virusun ötürülməsini minimuma endirmək üçün tədbirlərin görülməsi hərzamankından daha böyük və həlledici əhəmiyyət kəsb edir.AİAi.Az APA-ya istinadən bildirir ki, bu barədə ÜST və UNICEF-in Azərbaycandakı Nümayəndəliklərinin birgə məlumatında bildirilib.
"ÜST və UNICEF-in bəyan etdiyi kimi, bu tədbirlərə müəllimlər və digər məktəb işçilərinin peyvəndlənməyə əlçatanlığın təmin edilməsi, eləcə də sinif otaqlarının daha yaxşı havalandırılması, siniflərdə daha az şagird sayı, fiziki məsafənin gözlənilməsi, məktəb əməkdaşlarının virusa qarşı müntəzəm yoxlanılması və valideynlərin təhlükəsizlik tədbirləri haqda davamlı məlumatlandırılması kimi tədbirlər vasitəsilə məktəb mühitinin təhlükəsizlik standartlarına uyğunluq baxımından yaxşılaşdırılması daxildir.
Peyvəndlənmə, "Delta" variantı da daxil olmaqla, virusdan ən yaxşı və sürətli qorunma üsullarından biridir. Müəllimlər və digər məktəb işçilərinin peyvəndlənməsi bu il mövcud olan bir üstünlükdür ki, bunun sayəsində məktəblər daha təhlükəsiz məkan olacaqdır.
İki ilə yaxındır ki, COVID-19 pandemiyası ilə yaşayırıq və məktəblərin təhlükəsiz şəkildə yenidən açılması ümdə prioritetə çevrilib. Məktəblərin qapanması uzun müddətli dövrdə böyük mənfi təsirlərə səbəb olur və buna bəraət qazandırmaq çətindir. Hamımız uşaqlarımızın gələcəyini qorumaq naminə məktəblərin təhlükəsiz şəkildə yenidən açılması üçün çalışmalıyıq. Ümumdünya Səhiyyə Təşkilatı, Azərbaycan da daxil olmaqla, ölkələrə COVID-19 riski və virusun fərqli variantlarının yayılmasını minimuma endirmək üçün tədbirlər görərkən məktəbləri açıq saxlamağı təkidlə tövsiyə edir. Məktəblərin yenidən açılmasında mühüm rol oynayan milli vaksinasiya strategiyasının həyata keçirilməsində yerli tərəfdaşlarımızı dəstəkləyirik"- deyə ÜST-nin Azərbaycandakı nümayəndəsi Dr. Hande Harmancı bildirib.
"Pandemiya məktəblərin qapanmasının uşaqlar üçün böyük mənfi təsirlər göstərdiyini nümayiş etdirməklə yanaşı, məktəblərin uşaqların təhsili, psixi sağlamlığı və sosial bacarıqları baxımından da əhəmiyyətli rol oynadığını sübuta yetirdi. Uşaqlar və gənclər təhsillərinə bir il də fasilə verilməsi riski ilə üzləşməməlidirlər. Sentyabrın 15-də məktəblərin təhlükəsiz şəkildə açılmasını təmin etmək və uşaqların məktəbin təqdim etdiyi imkanları əldən verməmələri üçün UNICEF Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə sıx əməkdaşlıq edir", - deyə UNICEF-in Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Aleks Haykens bəyan edib.
Hazırda, UNICEF-in Azərbaycandakı Nümayəndəliyi Azərbaycanın seçilmiş on rayonunda təlimi bərpa etmək məqsədlə uşaqlara ünvanlı dəstək vermək üçün Təhsil Nazirliyi ilə əməkdaşlıq edir. Proqram yeni dərs ilində geri qalmamaları üçün uşaqlara əlavə tədris şəklində dəstək, müəllimlərə isə mentorluq dəstəyi nəzərdə tutur. Uşaqlar və müəllimlərə psixi sağlamlıqla bağlı və psixo-sosial dəstək həm UNICEF, həm də ÜST üçün davamlı prioritetlərdən biri olacaq.
UNICEF və ÜST-ün Azərbaycandakı Nümayəndəlikləri ölkədə bütün uşaqların məktəblərə təhlükəsiz qayıdışı naminə valideynlər, müəllimlər və şagirdlər üçün bütün zəruri məlumatlar da daxil olmaqla birgə "Məktəbə qayıdış" kampaniyası üçün Təhsil Nazirliyinə, eləcə də yerli səhiyyə qurumlarına birgə dəstək verəcək.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
16-11-2024
13:53 Türkiyədə zəlzələ oldu