Mobil versiya
Kamavinqa ispan "Real"ına keçdi
Tarix: 01-09-2021 | Saat: 09:12
Bölmə:İdman | çapa göndər

Kamavinqa ispan "Real"ına keçdi

Futbolçu Eduardo Kamavinqa Fransanın "Renn" klubundan İspaniyanın "Real" komandasına transfer edilib.

Bu barədə Madrid komandasının mətbuat xidməti məlumat yayıb.

18 yaşlı yarımmüdafiəçi ilə müqavilə 2027-ci ilin iyuluna qədər imzalanıb. Transfer məbləği 30 milyon avro təşkil edib.

Kamavinqa "Renn"də bütün turnirlərdə 88 matç keçirib, 2 qol vurub və 5 faydalı ötürmə verib. Fransa millisinin əsas heyətində isə 3 oyun keçirib və 1 qol vurub.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024