Mobil versiya
Reytinqdə “10-luğ”u tərk etdi - Şəhriyar Məmmədyarov
Tarix: 31-08-2021 | Saat: 17:27
Bölmə:İdman | çapa göndər

Reytinqdə “10-luğ”u tərk etdi - Şəhriyar Məmmədyarov

Şahmatçıların FİDE reytinqi açıqlanıb.
AİA.Az apasport.az-a istinadən xəbər verir ki, sentyabr reytinqində bəzi dəyişikliklər olub.

100 ən yaxşı arasında Azərbaycanın 6 kişi şahmatçısı yer alıb. Millimizin ən yaxşısı Teymur Rəcəbov 2763 xalla 10-cu yerdə qalıb.

Şəhriyar Məmmədyarov 5 pillə geriləyərək "Top-10"u tərk edib. O, 2762 xalla 11-cidir.

3 pillə irəliləyən Qədir Hüseynov 69-cu sırada yer alıb - 2665 xal. Millimizdən ayrılmasına baxmayaraq təmsilçimiz kimi göstərilən Arkadi Naydiç 2663 xalla 73-cü yerdə qalıb

Ondan 11 xal geri qalan Rauf Məmmədov 2 pillə irəliləyərək 89-cu sıraya yüksəlib. 6 addım geriləyərək 93-cü yerə yuvarlanan Nicat Abbasov 2652 xala malikdir.

Cədvələ norveçli Maqnus Karlsen başçılıq edir - 2855 xal. Fabiano Karuana (ABŞ) 2800 xalla ikinci, Dinq Liren (Çin) 2799 xalla üçüncüdür.

Qadın şahmatçılar sırasında isə 3 həmyerlimiz yer alıb. Yığma üzvlərindən Günay Məmmədzadə 2459 xalla 25-ci yeri qoruyub. 9 pillə irəliləyən Gülnar Məmmədova 2395 xalla 68-cidir. 3 pillə geriləyən Xanım Balacayeva 92-ci sırada qərarlaşıb - 2369 xal.

Qadın zəka sahiblərinin cədvəlində Yifan Hou (Çin, 2658) liderliyini qoruyub. Aleksandra Qoryaçkina (Rusiya, 2608) ikinci, Humpi Koneru (Hindistan, 2586) üçüncüdür.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024