Mobil versiya
"Instagram"dan sərt QADAĞA
Tarix: 31-08-2021 | Saat: 10:55
Bölmə:Ölkə / Seçki 2024 | çapa göndər

"Instagram"dan sərt QADAĞA


"Instagram" sosial şəbəkəsinin istifadəçiləri doğum tarixlərini göstərmələrini tələb edən mesajlar alacaqlar.

AİA.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə "Instagram"ın sahibi olan "Facebook" şirkətinin açıqlamasında deyilir.

Qeyd olunur ki, şirkət gələcəkdə doğum günü göstərilmədən "Instagram"dan istifadəni qadağan edəcək və süni intellekt alqoritmlərindən istifadə edərək məlumatların düzgünlüyünü yoxlayacaq. "Instagram"ın nümayəndələri bildirib ki, sözügedən tələb reklamların daha yaxşı fərdiləşdirilməsinə və uşaqları qoruyacaq funksiyalar yaratmağa imkan verəcək.

"Bildirişi bir neçə dəfə göndərəcəyik. Əgər müəyyən bir vaxtda doğum gününüzü qeyd etməsəniz, "Instagram"dan istifadə etmək üçün bunu etməli olacaqsınız", - "Facebook"un məlumatında bildirilib.

Xatırladaq ki, hazırda "Instagram"da təhlükəsizlik səbəbindən 16 yaşdan kiçik olan istifadəçilərin yeni hesabları avtomatik olaraq bağlanır. Bundan başqa, sosial şəbəkə böyüklərin 18 yaşınadək istifadəçilərə şəxsi mesaj göndərmələrinə icazə vermir.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2024