Mobil versiya
UNEC-də əcnəbi tələbələrin qəbulu onlayn qaydada aparılır
Tarix: 26-08-2021 | Saat: 16:09
Bölmə:Təhsil | çapa göndər

UNEC-də əcnəbi tələbələrin qəbulu onlayn qaydada aparılır

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2021/2022-ci tədris ili üçün əcnəbi tələbələrin qəbulu davam edir.

Bu barədə UNEC-dən məlumat verilib. Bildirilib ki, əcnəbi namizədlərdən UNEC-in saytında verilmiş link üzərindən qeydiyyatdan keçməklə lazım olan sənədləri sistemə daxil etmələri tələb olunur.

Sənəd qəbulu ilə bağlı sualı olanlar üçün onlayn məsləhətlər də təşkil olunur.

İkili vətəndaşlığı və daimi yaşayış icazəsi olmayan əcnəbi vətəndaşlar müraciət edə bilərlər. Müraciətlərin qəbulu avqustun 31-dək aparılacaq.

Bakalavr diplomlarını xarici universitetlərdən almış namizədlərdən bu sənədi Azərbaycanda nostrifikasiya etdirmələri tələb olunur. Nostrifikasiya üçün xarici diplomlara həmin ölkənin müvafiq strukturları tərəfindən apostil alınması lazımdır.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-04-2024