Mustafa Nöhbalayev: “Mehriban xanım Əliyevanın fəaliyyəti ölkəmizin inkişafına, dövlətimizin daha da qüdrətlənməsinə misilsiz töhfələr verməkdədir”
Tarix: 25-08-2021 | Saat: 18:30
Bölmə:Ölkə | çapa göndər

“Bu gün Azərbaycanda Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən davamlı olaraq aparılan gənclər və idman siyasətinin əsas məqsədi respublikamızda idmanın inkişafı və bu zəmində formalaşmaqda olan gənc nəslin sağlam, vətənpərvər ruhda yetişdirilməsidir. Məhz bu məqsədlərə nail olmaq üçün hər il dövlətimiz tərəfindən bu sahəyə milyonlarla vəsait xərclənir. Xüsusi olaraq qeyd etmək lazımdır ki, bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi idman siyasətinin reallaşmasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü, həmçinin Azərbaycan Gimnastika Federasiyasının prezidenti kimi əvəzsiz xidmətləri vardır. Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti Azərbaycanda idman hərəkatının davamlılığına və inkişafına misilsiz töhfələr verməkdədir.”
Son illər ərzində ölkəmizdə yeni istifadəyə verilən orta məktəb və məktəbəqədər müəssisələrin idman zalları ilə təchiz olunması, futbol meydançalarının, yeni salınan parklarda mini stadionların, idman qurğularının istifadəyə verilməsi, bölgələrdə və paytaxtda şahmat məktəblərinin, idman komplekslərinin tikilməsi Azərbaycanda idman hərəkatının genişlənməsinə səbəb olmuşdur. Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevanın təşəbbüskarlığı və təşkilatçılığı ilə 2005-ci il oktyabrın 3-də Bakıda bədii gimnastika üzrə XXVII dünya çempionatı keçirildi. Beynəlxalq Gimnastika Federasiyasının prezidenti Bruno Qrandinin başçılığı ilə nümayəndə heyəti paytaxtımızın idman obyektlərinə baxdılar, ölkədə idmanın inkişaf səviyyəsini gördülər. Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev nümayəndə heyətini qəbul etdi. Milli Olimpiya Komitəsindəki bu görüş zamanı nəinki Bakının dünya çempionatını keçirməyə namizədliyi təsdiqləndi, həm də ölkəmiz eyni dərəcədə nüfuzlu bir turniri – Dünya kubokunun mərhələ yarışını keçirmək təklifi də aldı və həmin yarış böyük müvəffəqiyyətlə baş tutdu. Dünya kuboku uğrunda yarış da yüksək səviyyədə keçdi və həm ölkə daxilində, həm də xaricdə müsbət qiymətləndirildi. Bu, Azərbaycanda keçirilən ilk dünya çempionatı oldu. Əminliklə demək olar ki, məhz həmin tarixdən etibarən bədii gimnastika respublikamızda öz intibah dövrünə qədəm qoydu.
Demək lazımdır ki, Birinci Avropa Oyunlarının, IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə yüksək səviyyədə keçirilməsi də məhz Mehriban xanım Əliyevanın adı və yüksək təşkilatçılıq qabiliyyəti ilə bağlıdır. Bu beynəlxalq yarışlar ölkəmizin istər mədəniyyət, istərsə də idman nüfuzunu bütün dünyada yüksəltmiş, Azərbaycanı idman ölkəsi kimi tanıtmış və ölkəmizə böyük turist axınına səbəb olmuşdur.
Əlbəttə ki, bu gün Mehriban xanım Əliyevanın Yeni Azərbaycan Partiyasının Sədrinin birinci müavini kimi fəaliyyəti də xüsusi olaraq qeyd edilməlidir. Bu fəaliyyət YAP-ın nüfuzunun və gücünün, partiyaya ictimai dəstəyin daha da artması baxımından olduqca mühüm əhəmiyyətə malikdir. Danılmaz həqiqətdir ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın milli maraqlara, bəşəri dəyərlərə əsaslanan çoxşaxəli fəaliyyəti həm ölkəmizdə, həm də beynəlxalq səviyyədə çox yüksək qiymətləndirilir, dərin rəğbətlə qarşılanır. Mehriban xanım Əliyeva ötən müddət ərzində milli maraqları daim üstün tutaraq xalqa və dövlətə ləyaqətlə xidmət edib, vətəndaş məmnunluğunun artmasına, əhalinin rifahının daha da yaxşılaşmasına xidmət edən mühüm təşəbbüslərlə çıxış edib, xüsusilə də sosial məsələlərin həllinə yüksək diqqət göstərib. Bunlarla yanaşı, fəaliyyəti humanizm və vətənpərvərlik prinsiplərinə əsaslanan Mehriban xanım Əliyeva ölkəmizin müsbət beynəlxalq imicinin daha da möhkəmlənməsinə, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasına müstəsna töhfələr verib.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə genişmiqyaslı və ictimai əhəmiyyətli layihələr bu gün də uğurla həyata keçirilir və ölkəmizin inkişafına, dövlətimizin getdikcə daha da qüdrətlənməsinə misilsiz töhfələr verməkdə davam edir.
Mustafa Nöhbalayev,
Quba rayon Gənclər və İdman İdarəsinin rəisi,
YAP Quba rayon təşkilatının İdarə Heyətinin üzvü
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
12-03-2025