Mobil versiya
“Çalışacağıq ki, düzgün, baxımlı futbol oynayaq” – Qurban Qurbanov
Tarix: 26-08-2021 | Saat: 09:59
Bölmə:İdman | çapa göndər

“Çalışacağıq ki, düzgün, baxımlı futbol oynayaq” – Qurban Qurbanov

"Çox vacib oyundur. Neçə turdur ağır yol gəlmişik. Sabah komandalardan biri mübarizəni dayandırmalıdır".

AİA.Az apasport.az-a istinadən bildirir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

49 yaşlı mütəxəssis Konfrans Liqasının pley-off mərhələsinin "Aberdin"lə Şotlandiyadakı oyunundan əvvəl mətbuat konfransı keçirilib. O, qarşılaşma barədə fikirlərini bildirib: "Düşünürəm ki, komandam matça tam hazırdır. Rəqibi də çox istəkli görürük. Sabah ən azı hər iki komandanın azarkeşləri oyundan zövq alacaqlar".

Qurbanov ilk matçdan sonra rəqibi daha yaxşı tanıdıqlarını qeyd edib: "Klub haqda məlumatımız var. Komanda olaraq hər oyunçunun potensialını öyrəndik, yaxından tanıdıq. İstəkli komandaya, futbolçulara qarşı oynayacağıq. Belə matçların komandamıza faydası var. Yaxşı oyun öz yerində, sırf bu komandaya qarşı mübarizə aparmalıyıq. Fiziki atletik yaxşı futbolçuları var. Çox şey demək olar".

Mütəxəssis rəqib barədə yüksək fikirdə olduğunu gizlətməyib: "Tək-tək oyunçular barədə fikir bildirməmişəm. Komanda olaraq rəqibin təhlükəli olduğunu bilirəm. Onların özünəməxsus oyun üslubu var. Futbolçular da buna uyğun tapşırıqları yerinə yetirirlər. Yaxşı baş məşqçiləri var. Sabah yaxşı kollektivə qarşı mübarizə aparacağıq".

Qurbanov öz komandası barədə də danışıb: "Zədəli oyunçularımız var. Onların durumu barədə həkimlər məlumat verəcək. Ola bilər bəziləri meydana çıxmasın. Oynamayacağı dəqiq bilinən Patrik Andradedir. Saat fərqi və səfər barədə düşünmürük. İlk dəfə deyil. Bütün fikrimiz oyunla bağlıdır. "Seltik"lə matç çox geridə qalıb. Fərqli komandalardır. Biz də fərqli heyətik. Amma son illərdəki təcrübəmiz belə oyunlarda bizə faydalı olur. Qarşımızdakı rəqib də çox istəklidir. Rəqib də qrupa düşməyə çox istəklidir. Təcrübə ilə bərabər bizə yaxşı xarakterli futbolçuların meydanda olması daha önəmli olacaq".

Qurbanov Bakıdakı ilk qarşılaşmada "Aberdin"in üzvünün zədələnməsinə münasibət bildirib: "Hər zədə alan futbolçuya görə çox üzülürəm. Fərqi yoxdur ki, bu bizim oyunçu olsun, yoxsa rəqibin. Ona sağlamlıq, gələcək karyerasında uğurlar arzulayıram".

O, matçın favoriti barədə sualı da cavablandırıb: "Hər iki komandanın şansı var. Futbol ötürmələrdən ibarətdir. Hər komanda bunu bacarmalıdır. Bunun üçün yaxşı meydança olmalıdır. Burdakı meydan, stadion, atmosfer məni qane etdi. Burda oynamaq çox xoşdur. Stadionun dolu olacağını bilirəm. Ən azı azarkeşlər hər iki komandanın oyunundan zövq qalacaqlar. Çalışacağıq ki, düzgün, baxımlı futbol oynayaq. Biz nə qədər bilirik desək də, bildiyimiz həddindən azdır. Pley-off mərhələsindən də, digər oyunlardan da çox təcrübə toplamışam. Daha artığını etmək istəyirəm. Belə oyunlarda daha çox iştirak etmək istəyirəm ki, təcrübəm, biliyim, elmim, savadım çoxalsın".

Qeyd edək ki, sabah keçiriləcək matç Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024