Mobil versiya
Şəhid Aqşin İbadovun 37-ci doğum günündə ailəsini ziyarət etdik.
Tarix: 25-08-2021 | Saat: 17:10
Bölmə:Ölkə | çapa göndər

Şəhid Aqşin İbadovun 37-ci doğum günündə ailəsini ziyarət etdik.

Vətənimizin müstəqilliyi, torpaqlarımızın azad olunması naminə ölümü gözə alan gənclərimiz bu müqəddəs amal uğrunda şəhid olursa, bu, xalqımızın böyüklüyüdür. Şəhid verməyən xalqın mənliyi olmaz. Şəhid qanı axmayan torpaqdan Vətən olmaz. Bizim xalqımız Vətəninə, torpağına bağlı qəhrəmanlar yetişdirən xalqdır. Şəhid qanı axmayan torpaqdan Vətən olmaz. 24 Avqust 2021-ci il tarixi Lənkəran rayonu, Boladi kəndinin 2–ci Qarabağ muharibəsinin qəhrəman şəhidi, XTQ-in mayoru İbadov Akşin Nazim oğlunun cənnətdəki ilk doğum günüdür. Şəhidlər ölməz, unudulmaz! İllər keçsə də, gələcək nəsillər onları hər zaman böyük minnətdarlıq duyğusu ilə yad edəcəklər. Şəhidlərin davamçısı varsa, xatirələri hər yerdə anılırsa, deməli, onlar ölməyib, ürəklərdə daim yaşayırlar. Hər birimizin vətəndaşlıq borcudur ki, şəhidlikləri ilə bizə qələbə sevinci yaşadan bu oğullarımızı daim qəlbimizdə yaşadaq. Ömrünün 44 ilini şagirdlərin təlim tərbiyəsinə həsr edən Şəhid Aqşin İbadovun atası Nazim müəllim qonaqlarla söhbətində oğlundan söz açaraq bildirdi:”Sən sağ olasan, Vətən! Daha bir gənc sənin müqəddəsliyin uğrunda gözünü qırpmadan canını fəda etdi. Bir ata cənazənin yanında donub qalıb, axı övladını öz əlləri ilə torpağa necə tapşıracaq? Adi ölüm olsaydı, bu bir ata üçün çox çətin və əzablı olardı. Min əziyyətlərlə böyütdüyü oğluna, nə böyük arzular bəsləmişdi. Lakin şəhid atası olduğum üçün mətinliyi, vətənpərvərliyi bu hisslərin hamısına qalib gəlir”. Başını dik tutub, göz yaşlarını ovundurmağa çalışır. Dindirəndə həzin bir səslə pıçıldayır: “Onlarla belə oğul fəda edərəm Vətən uğrunda, təki Vətən sağ olsun”. Gənc övladını torpağa tapşıran, heç bir təsəlli ilə ovunmayan ana da, qardaşlar da, həyat yoldaşı da “Vətən sağ olsun”, - deyir, oğlunun xatirə güşəsində şəkillərinin üstünə sərilən bayrağımızdan, onun əsgər yoldaşlarının xatirələrindən təskinlik tapır. Hər kəs baş əyir məzarının önündə, "səninlə fəxr edirik, Azərbaycan zabitii, şərəflə qorudun Vətəni" deyir.
Bax, şəhidlik belə bir zirvədir, ünvanı əbədiyyətdir. Şəhid olmağı özünə şərəf bilən hər kəsin daxilində yüksək vətənpərvərlik, cəsurluq, müsbət əxlaq, əqidə vardır. Elə buna görə də onlar şüurlu şəkildə ölümü gözə ala biliblər.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Lənkəran rayonu Osakücə kənd məscidi dini icmasının təşkilatçılığı ilə Məhərrəm ayı çərçivəsində doğum günü olan Vətən Müharibəsi şəhidlərinin ailələrinin ziyarətinə başlanılıb. Layihə çərçivəsində bu gün Lənkəran rayonunda bir neçə Şəhid ailəsi ilə görüşlər keçirilib və müxtəlif hədiyyələr təqdim edilib. Şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilərək ruhlarına dualar oxunub. Keçirilən görüşlərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli, Lənkəran rayonu Osakücə kənd məscidi dini icmasının sədri Rizvan Dadaşov, Sosial Xidmətlər Agentliyinin 13 saylı filial müdiri Ramin Hüccətov, Lənkəran Sosial və Aqrar-Texnoloji kollecin ictimaiyyətlə əlaqələr üzrə direktor köməkçisi Cəmil Quliyev iştirak etmişlər. Şəhidin doğum günündə Lənkəran rayonu, Liman şəhər şəhidi Kamran Səmədovun atası Ceyhunda iştirak edirdi.

37-ci doğum günündə şəhidin yaşadığı evin həyətində şəhid üçün ehsan məclisi qurulmuşdu. Rayon ziyalıları, kənd camaatı şəhidin ailəsini ziyarət edirdi. Akşin İbadov orduda mühüm kadrlardan biri idi. Türk hərbi akademiyasını qırmızı diplomla bitirən az sayda Azərbaycanlı hərbçilərdəndir. Hərb sahəsində demək olar ki, bütün titulları əldə etmişdi. Azərbaycan hərb tarixinə öz adini qizil hərflərlə yazmağı bacarmışdı. Qəhrəmanimiz 19 oktyabr 2020–ci il tarixində Hadrut–Zəngilan istiqamətində gedən şiddətli döyüşlərdə böyük şücaətlik göstərərək qəhrəmancasına şəhid olmuşdur. Ölümündən sonra Vətən uğrunda, Qubadlının azad olunmasına görə, Cəbrayılın azad olumasına görə, Zəngilanın azad olunmasına görə, 2–ci dərəcəli Rəşadət orden və medalları ilə təltif edilmişdir. Bəlkədə gələcəyin generalını itirdik. İgid qardaşlarımız bu qəhrəmanlığı, mübarizliyi aprel döyüşləri, 44 günlük Vətən müharibəsi zamanı bütün dünyaya nümayiş etdirdilər. Düşmən təxribatının qarşısını alarkən canından keçən nə qədər mərd oğullar fəda verdik. Həmin gün onlar düşməni bir addım da irəli buraxmamaq üçün son damla qanlarına kimi vuruşdular. Qorxu duymadan, ürəklərində böyük Vətən sevgisi ilə qəhrəmancasına döyüşüb şəhid olan Mubariz İbrahimov, Pəncəli Teymurov, Polad Həşimov, Vüsal Kazımov, Emil Qurbanov, Aqşin İbadov və başqaları bir daha sübut etdilər ki, bu xalqın qəhrəmanları yüzlərlə, minlərlədir. Onların ömür yolu gənclərimizə nümunədir. Uşaqdan–qocaya hər bir vətəndaşımız şəhidlərimizi daim böyük ehtiramla anır, onların qəhrəmanlığını örnək bilir. Ruhun şad olsun Cənab mayor. Əbədi qəlbimizdə yaşayacaqsan. Səninlə fəxr edirik...

AİA.Az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
12-03-2025