Mobil versiya
Ülviyyə Əliyeva: “Təhsilin inkişafına qayğı Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəaliyyətində prioritet istqamətlərdən biridir”
Tarix: 25-08-2021 | Saat: 12:00
Bölmə:Təhsil | çapa göndər

Ülviyyə Əliyeva: “Təhsilin inkişafına qayğı Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəaliyyətində prioritet istqamətlərdən biridir”

Ölkə Prezidenti cənab İlham Əliyevin son on səkkiz ildə inamla həyata keçirdiyi uğurlu siyasətin nəticəsində bu gün Azərbaycanda dinamik iqtisadi inkişafın sürətləndirilməsinə, cəmiyyət həyatının bütün sahələrində mütərəqqi islahatların aparılmasına nail olunmuşdur. Eyni zamanda dövlət başçısı ölkədə elm və təhsilin problemlərini daim diqqət mərkəzində saxlayaraq ulu öndərin bu sahədə müəyyənləşdirdiyi prioritetlərin varisliyini təmin etmişdir. Birmənalı olaraq qeyd etmək lazımdır ki, bu gün Azərbaycan Prezidentinin elm və təhsil sahəsində davamlı inkişafın təmin olunmasını nəzərdə tutan konsepsiyasının uğurla gerçəkləşdirilməsində Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti xüsusi rol oynayır.

Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə ölkəmizdə bu günə kimi təhsillə bağlı bir çox önəmli layihə və proqramlar reallaşdırılmışdır. Onların arasında “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı xüsusi qeyd edilməlidir. Məsələ bundadır ki, Heydər Əliyev Fondu təhsillə bağlı qarşıya qoyduğu strateji məqsədlərə, o cümlədən Azərbaycanda bu sahənin qloballaşan dünyanın tələbləri səviyyəsində qurulması, milli təhsil modelinin gerçəkləşdirilməsinə doğru inamla irəliləyərək bu məqsədlər üçün müasir maddi-texniki və intellektual zəmin formalaşdırmaqdadır. Şübhəsiz, təhsil infrastrukturunu yeniləşdirmədən, müasir tipli yeni məktəblər inşa etmədən, təlim-tədris prosesinə lazımi şərait yaratmadan, dünya ölkələrinin mütərəqqi təhsil ənənələrini nəzərə almadan bu məqsədlərə nail olmaq qeyri-mümkündür. Bunu nəzərə alan Fond ilk növbədə yeni məktəblərin inşası istiqamətində sistemli və ardıcıl iş aparır. Azərbaycanın birinci xanımının birbaşa təşəbbüsü ilə həyata keçirilən "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi bu baxımdan cəmiyyətdə çox böyük əks-səda doğurmuşdur. Məhz bu proqramın başlanması nəticəsində ölkəmizdə üç mindən çox məktəb əsaslı təmir olunub və ya yenidən tikilmişdir. Azərbaycanda təhsilin inkişafına böyük həssaslıqla yanaşan Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Fond bütün ölkə ərazisində “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı ilə yanaşı, “İnternat məktəblərinin inkişaf proqramı”, “Təhsilə dəstək” kimi proqramların icrasını da həyata keçirərək dövlət təhsil siyasətinin reallaşmasında müstəsna əhəmiyyətə malik işlər görmüşdür. Bu layihələr həyata keçiriləndən sonra hətta respublikamızın ən ucqar regionlarında da hər cür ləvazimatla təchiz olunmuş, müasir tələblərə cavab verən məktəblər tikilib istifadəyə verilmiş, təhsilin bütün ölkə ərazisində əlçatanlığı təmin edilmişdir. Təkcə 2020-2021-ci tədris ilində Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə ölkəmizdə, o cümlədən Bakı, Gəncə və Mingəçevir şəhərlərində, eləcə də müxtəlif rayonlarda 62 təhsil müəssisəsi inşa və əsaslı təmir olunaraq istifadəyə verilmişdir. Müasir tipli məktəblərin inşası, tədris prosesində normal şəraitin yaradılması, təhsilin keyfiyyətinin yaxşılaşdırılması son illər ərzində Azərbaycan təhsilinin beynəlxalq təhsil məkanına inteqrasiyasını gücləndirmiş və beynəlxalq fənn olimpiadalarında Azərbaycan məktəblisinin uğurlarının əsas təminatçısı olmuşdur.

Fondun milli maarifçilik xəttinin həyata keçirilməsi sahəsində gördüyü işlər konkret çərçivə ilə məhdudlaşmır. Bu işlər məktəb tikintisindən tutmuş UNESCO ilə konkret təhsil proqramlarının həyata keçirilməsinədək geniş əhatə dairəsinə malikdir. Qısa müddət ərzində uğurla gerçəkləşdirilən bütün bu layihələr cəmiyyətdə geniş rezonansa səbəb olmuş, böyük rəğbət və etimadla qarşılanmışdır. Azərbaycanın zəruri ehtiyaclarını nəzərə alan Heydər Əliyev Fondunun yeni məktəb tikintisi, mövcud orta ümumtəhsil müəssisələrinin əsaslı təmiri və bərpası istiqamətində həyata keçirdiyi tədbirlər son dərəcə təqdirəlayiqdir. Bu nüfuzlu qurumun ümummilli mənafelərə hesablanmış tədbirlərin həyata keçirilməsində cəmiyyətdən ciddi mənəvi-maddi dəstək alması görülən işlərin miqyasını, dinamikliyini və səmərəliliyini daha da artırmışdır.

Ölkənin birinci xanımı, Birinci vitse-prezident Mehriban xanım Əliyeva deyir ki, hər bir dövlətin əsas sərvəti onun malik olduğu insan amilidir və Azərbaycanın da gələcəyi məhz bu gün təhsil alan uşaqlardan, gənclərdən asılıdır. Ona görə də təhsil ölkəmizdə prioritet sahədir və onun inkişafına xüsusi diqqət ayrılır, gənc nəslin biliklərə mükəmməl yiyələnməsi üçün bütün lazımi addımlar atılır.

Ülviyyə Əliyeva,
Lənkəran Şəhər Təhsil Şöbəsinin müdiri

AİA.Az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-04-2024