Sevda Əliyeva: “Heydər Əliyev Fondunun fəaliyyəti hər bir təşkilat üçün əsil örnəkdir”
Tarix: 25-08-2021 | Saat: 15:21
Bölmə:Karusel / Təhsil | çapa göndər
Ölkəmizdə sağlam insanlarla yanaşı cəmiyyətimizin sağlamlıq imkanları məhdud olan üzvlərinin də təhsil almaq hüquqları Azərbaycan Respublikasının Təhsil haqqında qanunu ilə təsbit olunub. Bu gün ölkənin təhsil sisteminin inkişafı istiqamətində həyata keçirilən dövlət tədbirləri sağlamlığı məhdud olan uşaqlardan da yan keçməyib. Ölkənin birinci xanımı, Azərbaycan respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu uşaqların gələcəyi ilə bağlı müxtəlif layihələr həyata keçirir. Fondu tərəfindən həyata keçirilən “Uşaq evləri və internat məktəblərinin inkişafı”, “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək” proqramları bütün cəmiyyətimiz tərəfindən sonsuz rəğbətlə qarşılanır.
Uşaqlara qayğı Heydər Əliyev Fondunun prioritet məqsədlərindən biridir
Qeyd etmək lazımdır ki, bu gün Heydər Əliyev Fondunun bütün imkanları ilk növbədə əhalinin ən zəif, xüsusi qayğıya ehtiyacı olan təbəqələrinə, o cümlədən qüsurlu, eləcə də dünyada ən qiymətli nemətdən - valideyn qayğısından məhrum olmuş uşaqlara kömək göstərilməsinə yönəlib. Xüsusilə son illərdə Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə təhsil sistemində aparılan islahatlarda gənclərə qayğı dövlət siyasətinin mühüm tərkib hissəsi kimi öz bariz təzahürünü tapır. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti nəticəsində Azərbaycanda dövlət qayğısına ehtiyacı olan vətəndaşlara, xüsusən əlillərə, əqli və fiziki qüsurlu uşaqlara, müstəqil həyat tərzi keçirə bilməyən insanların mövcud problemlərinin həlli istiqamətində böyük işlər görülür. Qəbul edilmiş qanunvericilik aktlarına görə, əlilliyi olan bütün uşaqların məktəbəqədər, eləcə də, icbari ibtidai, orta və ali təhsilə çıxış imkanının təmin edilməsi istiqamətində əməli addımlar atılıb. Fiziki çatışmazlığı olan şəxslərin cəmiyyət həyatının iqtisadi, siyasi və sosial sahələrində iştirak etmək üçün bütün başqa vətəndaşlarla bərabər imkanlara malik olması, hətta onların ali təhsil almaları çox vacibdir.
İnsan amili əsas meyardır
Bütün fəaliyyətini insan amilinin aliliyi, üstünlüyü və vacibliyi prinsipləri üzərində quran Mehriban xanım Əliyeva Azərbaycanın gələcəyinin bu gün təhsil alan uşaqlardan, gənclərdən asılı olduğunu yaxşı bilir. Ona görə də son illər həyata keçirilən tədbirlər içərisində körpə və kimsəsiz uşaqlara göstərilən yüksək səviyyəli dövlət qayğısı xalqımız tərəfindən böyük rəğbətlə qarşılanır. Bu istiqamətdə reallaşdırılan layihələr ölkəmizdə ana və uşaqların sağlamlığının qorunmasına, uşaq müəssisələrinin fəaliyyətinin, eləcə də səhiyyə sisteminin maddi-texniki bazasının yaxşılaşdırılmasına, bu sahədə fəaliyyət göstərəcək bilikli, savadlı, geniş dünyagörüşünə malik peşəkar kadrların hazırlanmasına yönəldilib. Dövlət səviyyəsində həyata keçirilən belə tədbirlərin nəticəsidir ki, son dövrlərdə uşaq müəssisələri əsaslı şəkildə yenidən qurulmuş, regionlarda müasir tələblərə cavab verən uşaq bağçaları, məktəblər, səhiyyə müəssisələri tikilmiş, ana və yeni doğulmuş uşaqlar arasında ölüm halları xeyli azalmışdır.
Bir məqamı da qeyd etmək lazımdır ki, xəstə uşaqlarla bağlı Heydər Əliyev Fondu tərəfindən bu gün təkcə Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində həyata keçirilən tədbirlər əsl mərhəmət və humanistlik nümunəsidir. Təhsil və uşaq müəssisələrinin maddi-texniki bazasının təkmilləşdirilməsi, uşaq evlərində böyüyən uşaqların gələcəyi, sağlamlıq imkanları məhdud və köməksiz uşaqların sağlamlıqlarının qorunması ilə bağlı fond tərəfindən həyata keçirilən tədbirlərin müstəsna əhəmiyyəti vardır. Bu, ilk növbədə, Azərbaycanın sürətli iqtisadi inkişafı, sosial problemlərin həlli və ölkəmizin dünya birliyindəki mövqelərinin möhkəmləndirilməsi üçün etibarlı zəmin yaradır.
Azərbaycanda uşaq problemləri hər zaman dövlətin diqqət mərkəzində olub
Ulu öndər Heydər Əliyev uşaqlara dövlət səviyyəsində qayğını həmişə diqqətdə saxlayırdı. Bu qayğının möhtərəm Prezidentimiz İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilməsi bir daha sübut edir ki, həmin sahə artıq Azərbaycanda həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Bu gün Heydər Əliyev Fondu körpələrin fiziki və əqli cəhətdən sağlam böyüməsi üçün biri-birindən əhəmiyyətli tədbirlər, böyük layihələr həyata keçirir. Ölkəmizdə uşaqların firavan, sağlam böyüməsi üçün hər cür şərait yaradılıb. Analara göstərilən diqqət və qayğını da əlavə etsək deyilənlərin təsdiqi üçün geniş təhlilə ehtiyac qalmaz. Əsas təşkilatçısı Heydər Əliyev Fondu olmaqla “Hər uşağın ailəyə ehtiyacı var” kampaniyasının həyata keçirilməsi də bu diqqət və qayğıdan irəli gəlir.
Yarandığı gündən cəmiyyətin ictimai-siyasi həyatında fəal mövqe tutmaqla uşaq problemlərinin həlli istiqamətində biri-birindən əhəmiyyətli layihələr həyata keçirən Heydər Əliyev Fondunun təcrübəsi hər bir təşkilat üçün nümunədir. Bu günədək müalicəsi nisbətən çətin və uzunmüddətli olan yüzlərlə xəstə, əlil körpənin sağalıb yenidən həyata qayıtmasında Fondun böyük rolu danılmazdır.
Sevda Əliyeva.
Sumqayıt şəhəri, Evdə Fərdi Təhsil Məktəbinin direktor əvəzi
AİA.Az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
16-11-2024
13:53 Türkiyədə zəlzələ oldu