Mobil versiya
Azərbaycan və Türkiyə ikitərəfli ticarətində yenilik
Tarix: 25-08-2021 | Saat: 15:05
Bölmə:İqtisadiyyat | çapa göndər

Azərbaycan və Türkiyə ikitərəfli ticarətində yenilik

Azərbaycan və Türkiyə ticarətlə əlaqəli proseslərin asanlaşdırılması və rəqəmsallaşdırılması məqsədilə 4-cü sənaye inqilabı texnologiyalarının tətbiqi imkanlarının araşdırmaq barədə razılığa gəlib.
AİA.Az Trend-ə istinadən bildirir ki, bu barədə "Azərbaycan Respublikası Hökuməti İlə Türkiyə Respublikası Hökuməti arasında rəqəmsal ticarət sahəsində əməkdaşlıq haqqında" Anlaşma Memorandumunda deyilir.

Qeyd olunur ki, bu məqsədlə ölkələr tərəfindən bu prosesə blokçeyn, bulud texnologiyaları və süni intellektin cəlb olunması ilə bağlı tədqiqatlar aparılacaq.

Bundan başqa, Azərbaycanla Türkiyə arasında vahid milli pəncərə sistemləri, elektron ticarət standartları yaradılması, rəqəmsal platformalar vasitəsilə gömrük rüsumlarının ödənilməsi və ticarətin aparılması, ixracın və birgə ticarətin təşviqi platformalarının yaradılması imkanlarının öyrənilməsi nəzərdə tutulur.

Bundan başqa, rəqəmsal ticarətin inkişafı vasitəsilə kənd yerlərində yoxsulluğun aradan qaldırılması planlaşdırılır.

Qeyd edək ki, bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Azərbaycan Respublikası Hökuməti İlə Türkiyə Respublikası Hökuməti arasında rəqəmsal ticarət sahəsində əməkdaşlıq haqqında" Anlaşma Memorandumunu təsdiq edib. Sənəd 2021-ci il aprelin 2-də Bakıda imzalanıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-11-2024