Pəncşir vadisi: Talibana qarşı mübarizə aparan yeganə bölgə
Tarix: 25-08-2021 | Saat: 14:41
Bölmə:Şou-biznes | çapa göndər
Əfqanıstanın paytaxtı Kabildən 150 km şimal-şərqdə yerləşən Pəncşir vadisi Taliban əleyhinə müqavimətin "son qalası" olaraq göstərilir. Hündür dağlar arasındakı vadidə 1979-89-cu illərdə Sovet işğalına, 1996-2001-ci illərdə isə Taliban əleyhinə mübarizə aparılıb.
AİA.Az BBC-nin Əfqan xidmətinə istinadən xəbər verir ki, Maryam Aman adlı şəxs kanala deyib ki, "Bu ərazi son 20 ildə Əfqanıstanın ən təhlükəsiz bölgəsi olaraq görülüb". Bu gün Pəncşir bölgəsi Əfqanıtanının 34 əyaləti arasında Talibanın ələ keçirə bilmədiyi yeganə yerdir. Taliban hərəkatı bu bölgəni də tutmaq üçün qüvvələrini səfərbər etdiklərini deyib. Pəncşir bölgəsinin İqtisadiyyat Bölməsinin rəhbəri Əbdül Rəhman bildirib ki, "Biz ikinci dəfə Talibanla döyüşməyə hazırıq".
Taliban paytaxt Kabilə girməmişdən Əfqanıstanı tərk edən keçmiş Prezident Əşrəf Qaninin hökumətində vitse-prezident olan Emrullah Saleh də eyni fikir ifadə edib. Əvvəllər kəşfiyyat xidmətinin rəhbəri olan Saleh Prezident ölkəni tərk etdikdən sonra özünü "Əfqanıstanın qanuni müvəqqəti Prezidenti" elan edib. Saleh Pəncşir əyalətinin digər bölgələr üçün nümunə olduğunu ifadə edib və xalqı müqavimətə qoşulmağa çağırıb. Öz Twitter hesabında Saleh yazıb ki, "Heç vaxt Talibanla bir dam altında olmayacağam. Heç vaxt".
"Müqavimət simvolu"
Əfqanıstanda keçmiş döyüşçü Əhməd Şah Məsud Pəncşirin müqavimət tarixində Taliban əleyhinə döyüşən əhəmiyyətli bir şəxs olub. O, 1980 və 1990-cı illərdə bölgədə muxtariyyət mübarizəsinə rəhbərlik edib. 2001-ci ildə ABŞ-da 11 sentyabr hücumlarından iki gün əvvəl Əl-Qaidə tərəfindən öldürülüb. "Pəncşir aslanı" (Pəncşir "beş şir" deməkdir) ləqəbli Məsudun afişalarını bütün Əfqanıstanda görmək olar. BBC müxbiri Aman deyib ki, "Pəncşir Əfqanıstan-Sovet müharibəsi zamanı (1980-ci illərdə) Əhməd Şah Məsud tərəfindən qala kimi istifadə olunurdu". İndi həmin bölgədə Talibana qarşı döyüşənlərə Əhməd Şah Məsudun 32 yaşlı oğlu Əhməd Məsud rəhbərlik edir.
Taliban əfqanların ölkəni tərk etmələrinin "tərəfdarı deyil"
Taliban bütün xarici vətəndaşların 31 avqust tarixinə qədər evakuasiya edilməsini istəyir və əfqanlara ölkəni tərk etmək icazəsinin verilməsi "tərəfdarı deyil." Bunu Kabildə keçirilən mətbuat konfransında Talibanın sözçüsü Zabihullah Mücahid BBC-nin sualına cavab verərkən bildirib. Taliban sözçüsü əfqan vətəndaşlarını evə qayıtmağa çağırır və ABŞ-dan əfqanları ölkəni tərk etməyə təşviq etməməsini xahiş edir. Zabihullah Mücahid hesab edir ki, qadınların işə getməsinin qarşının alınması daimi olmayacaq və deyib ki, rəsmilər qadınların işə qayıtmasını mümkün edən bir prosedur hazırlamağa çalışır. O deyib ki, "xarici səfirliklərə təhlükəsizlik təminatları verilib və onları bağlanmamağa və işi dayandırmamağa çağırıb. Məktəblər, universitetlər və mədrəsələr, eləcə də xəstəxanalar, yerli özünüidarəetmə orqanları, televiziya və radiostansiyalar işlərini yenidən davam etdirir".
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər