Ermənistanda deputat partiyasının pullarını götürərək ölkədən qaçıb
Tarix: 29-04-2016 | Saat: 11:47
Bölmə:Şou-biznes | çapa göndər
"Çiçəklənən Ermənistan" Partiyasının aparıcı fiqurlarından biri, deputat Abram Manukyan 100 milyon dollardan artıq pulu götürərək, ölkəni tərk edib. Bu haqda "Aykakan jamanak" qəzeti yazıb.
Məlumata görə, deputatın Ermənistanda olmadığını köməkçisi də təsdiqləyib.
Onun özü ilə apardığı pul partiyanın regional strurkturları üçün nəzərdə tutulubmuş. Abram Manukyan əvvəllər bu sahəyə başçılıq edib.
Xəbərdə bildirilib ki, bu yaxınlarda bir neçə üzvü partiya sıralarını tərk edib. Abram Manukyan isə "Çiçəklənən Ermənistan"ın rəhbərliyində dəyişiklik etmək istəyirmiş.
Partiya rəhbərliyinin ona münasibəti heç də birmənalı olmayıb. Elə buna görə də o, maliyyə məsələlərinə və regionlarla əlaqəyə dair sahəyə nəzarətdən kənarlaşdırılıbmış.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
23-12-2024