Akif Məlikov: “Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva milli mədəniyyətimizin təbliğatçısı və himayədarıdır”
Tarix: 25-08-2021 | Saat: 10:30
Bölmə:Gündəm | çapa göndər
Məlum olduğu kimi, Azərbaycanın birinci xanımı, ölkənin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın respublikada və beynəlxalq miqyasda aktiv ictimai fəaliyyəti 1995-ci ildə yaradılan Azərbaycan Mədəniyyətinin Dostları Fondunun təsisi ilə başlanıb. Zəngin və qədim tarixə malik Azərbaycan mədəniyyətinə ölkənin birinci xanımı hər zaman qayğı və sevgi ilə yanaşıb.
Bu gün hər bir mədəniyyət xadimi, bu sahədə çalışan bütün insanlar, ümumiyyətlə Azərbaycan mədəniyyəti ilə maraqlanan hər kəs Birinci vitse-prezidenti mədəniyyətimizin hamisi kimi tanıyırlar. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Azərbaycan Mədəniyyətinin Dostları Fondunun yaradılması mədəniyyətimizin tərəqqisinə yeni təkan verdi. Təşkilatın əsas məqsədi milli incəsənətimizin inkişafı, təbliği, xarici ölkələrdə daha geniş tanınması, Azərbaycan xalqının dünya mədəniyyətinə inteqrasiyası, yeni beynəlxalq əlaqələrin formalaşması məsələlərinin həyata keçirilməsindən ibarətdir. Mehriban Əliyeva fondun işini 3 istiqamətə – mədəni tədbirlər, xeyriyyə aksiyaları, naşirliyə yönəltmişdir. Azərbaycanın mədəniyyət, elm, təhsil, idman sahələrindəki uğurlarını ölkədə və beynəlxalq aləmdə tanıtmaq məqsədilə “Azərbaycan-İrs” jurnalı Azərbaycan, ingilis və rus dillərində nəşr edilməyə başladı.
Əsrlərin süzgəçindən keçib gəlmiş, nəsillərdən-nəsillərə yadigar qalmış mədəniyyət incilərimizin qorunması, bu sərvətin heç bir itkiyə məruz qalmadan gələcək nəsillərə əmanət edilməsi, onların başqa ölkələrdə tanıdılması kimi layihələrin həyata keçirilməsi Mehriban xanım Əliyevanın Heydər Əliyev Fonduna rəhbərlik etməsi və UNESCO-nun qeyri-maddi mədəni irs üzrə xoşməramlı səfiri təyin olunmasından sonra daha geniş miqyas aldı. Məlum olduğu kimi, Mehriban xanım Əliyeva ənənəvi musiqinin və mədəniyyətin inkişafına verdiyi töhfələrə, musiqi təhsili və dünya mədəniyyətlərinin mübadiləsi sahəsindəki xidmətlərinə görə 2004-cü il avqustun 13-də UNESCO-nun şifahi ənənələr və musiqi ənənələri sahəsində xoşməramlı səfiri adına layiq görülüb. Həm Heydər Əliyev Fondunun prezidenti, həm də UNESCO-nun xoşməramlı səfiri kimi Mehriban xanım Azərbaycan mədəniyyətinin geniş təbliği, sağlam mənəvi dəyərlərin, müxtəlif maddi-mədəniyyət abidələrinin qorunması, bərpası və yenidən qurulması ilə bağlı geniş layihələr həyata keçirmişdir.
Mehriban xanım Əliyevanın fəaliyyəti nəticəsində UNESCO-nun qərargahında Azərbaycanın böyük şəxsiyyətlərinin yubileyləri qeyd olunur, Azərbaycan mədəniyyətini təbliğ edən çoxlu sayda tədbirlər keçirilir. Bakıda Beynəlxalq Muğam Mərkəzi yaradılıb. Azərbaycanın bu ecazkar, əlçatmaz musiqisinin, mədəniyyət incisinin inkişafı, dünyaya tanıdılması istiqamətində ciddi addımlar atılıb. Azərbaycanda dünyanın müxtəlif bölgələrindən gələn muğam ifaçılarının iştirakı ilə Beynəlxalq Muğam Müsabiqəsi keçirilib. Muğamın daha geniş təbliği nəticəsində dünya bu böyük musiqi ilə daha yaxından tanış olmaq imkanı qazanıb. Azərbaycanın qədim musiqi növlərindən olan əsrarəngiz Muğam, UNESCO-nun qeyri-maddi irs siyahısına salınıb. Mehriban xanımın rəhbərliyi ilə hazırlanan və məşhur muğam ustalarının valehedici ifalarının toplandığı Qarabağ Xanəndələri albomu bu gün bütün dünyada onu bircə dəfə dinləyənləri ömür boyu öz sehrində saxlayır. Azərbaycanın dünyanın ən qədim yaşayış məskənlərindən biri olduğunu açıq şəkildə göstərən Qobustan abidələrinin UNESCO-nun dünya mədəni və təbii irsinin qorunması siyahısına daxil olmasında da Mehriban xanımın böyük xidmətləri, əməyi, zəhməti vardır.
Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətinin mühüm istiqamətlərindən biri də “Tarixi mədəniyyət abidələrimizin bərpası və mədəniyyət obyektlərinin inşasıdır. Azərbaycan ərazisində zəngin tarixi keçmişimizi əks etdirən maddi-mədəniyyət abidələri günümüzə qədər gəlib çatmışdır. Onların öyrənilməsi nəticəsində Azərbaycanın yüksək mədəni irsə malik qədim mərkəzlərdən biri olması sübuta yetirilmişdir. Ölkə və dünya əhəmiyyətli tarixi abidələrin bərpası, mədəniyyətin geniş təbliği, sağlam mənəvi dəyərlərin qorunması, yeni mədəniyyət ocaqlarının yaradılması istiqamətində aparılan işlər ötən illər ərzində Heydər Əliyev Fondunun və onun prezidenti Mehriban xanım Əliyevanın reallaşdırdığı layihələrin vacib hissəsidir. O cümlədən qədim Gəncənin tarixinə dair iki abidə çar Rusiyasına qarşı Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə şəhid olmuş Cavad xanın məzarının və VII əsrə aid Comərd Qəssabın türbəsinin öz yerində bərpası Heydər Əliyev Fondunun təşəbbüsü və köməyi ilə həyata keçirilmişdir. Öz müsahibələrinin birində Mehriban xanım Əliyeva demişdir: “Həqiqətən, Azərbaycanın mədəni-tarixi irsinin inkişafı və qorunması bizim birinci dərəcəli məsələlərimizdən biridir. Biz ölkənin bu maraq dairəsində baş verən hadisələri diqqətlə izləyirik və yaranan problemlərin həlli üçün bütün səyləri göstəririk. Mən Azərbaycanın tanınmış oğul və qızlarının adı ilə bağlı tarixi abidələrin bərpasını yalnız keçmişə hörmət və tarixi həqiqətin bərpası kimi deyil, eyni zamanda, gənc nəsli milli-vətənpərvərlik ruhunda tərbiyə etməyin əsas elementi, Heydər Əliyevin azərbaycançılıq ideologiyasının inkişafı kimi qiymətləndirirəm.”
Birmənalı olaraq demək lazımdır ki, Azərbaycanda mədəniyyət sahəsinin ahəngdar inkişafının təmin edilməsi, Ölkə Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu sahəyə göstərdikləri yüksək diqqət və qayğının nəticəsidir.
Akif Məlikov
Azərbaycan Dövlət Akademik Balet və Opera Teatrının direktoru,
Azərbaycanın əməkdar incəsənət xadimi.
AİA.Az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
06-02-2025
05-02-2025