Mobil versiya
Virus yenilənməyə meyillidir və mübarizədə yeganə yol vaksinasiyadır - Rəşad Mahmudov
Tarix: 24-08-2021 | Saat: 13:46
Bölmə:Manşet / Qərbi Azərbaycan | çapa göndər

Virus yenilənməyə meyillidir və mübarizədə yeganə yol vaksinasiyadır - Rəşad Mahmudov

Təhsil müəssisələrinin açılmasına 20 gün qalmasına baxmayaraq, təəssüf ki, yeni bir dalğanın içərisindəyik.

Bunu millət vəkili Rəşad Mahmudov deyib. O bildirib ki, virus yenilənməyə meyillidir və buna qarşı mübarizədə hazırda əlimizdə olan yeganə vasitə vaksinasiyadır:

"Hər kəsə məlumdur ki, insanların ən çox ünsiyyətdə olduğu qurumların başında təhsil müəssisələri dayanır. Ümumtəhsil və ali təhsili yan-yana qoyduqda 2 milyona yaxın rəqəm ortaya çıxır. 2 milyon insanın təması ölkədə hər bir evə təsir edə biləcək hadisədir. Hazırda bu istiqamətdə mübarizədə istifadə edəcəyimiz yol peyvəndlənmədir. Bu, sanki dənizdə boğulma qarşısında qalan şəxslərə verilmiş gödəkcə rolunu oynayır. Statistikaya görə, peyvəndlənmə hər nə qədər yoluxmanın qarşısını ala bilməsə də, birmənalı olaraq xəstəxanaya düşən xəstələrin vəziyyətinin ağırlıq dərəcəsini, eləcə də ölüm hallarını kəskin şəkildə azaldır. Bu artıq bütün dünyada aksiom kimi qəbul edilib".

AIA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024