Mobil versiya
Bakıda olan əfqanlar aksiya keçirib
Tarix: 23-08-2021 | Saat: 16:20
Bölmə:Ölkə / Seçki 2024 | çapa göndər

Bakıda olan əfqanlar aksiya keçirib


Azərbaycanda olan bir qrup əfqan miqrant bu gün BMT Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı Nümayəndəliyinin qarşısında aksiya keçirib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Ehsan Zahidov sözügedən aksiyaya münasibət bildirib. E. Zahidov AIA.Az-a bildirib ki, təxminən 40 nəfər əfqan miqrant icazəsiz aksiya keçirməyə cəhd göstərib: “Onlar BMT Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycandakı Nümayəndəliyinin onlara daha çox diqqət yetirməsini tələb ediblər. Aksiya icazəsiz şəkildə təşkil olunduğundan polis əməkdaşları onlarla profilaktik söhbət aparıb. Daha sonra isə aksiya iştirakçıları ərazidən uzaqlaşdırılıb”.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2024