Mobil versiya
İranda ötən sutka 600-dən çox şəxs koronavirusdan ölüb
Tarix: 23-08-2021 | Saat: 15:32
Bölmə:Səhiyyə / Dünya | çapa göndər

İranda ötən sutka 600-dən çox şəxs koronavirusdan ölüb


İranda ötən 24 saat ərzində 38 657 nəfər koronavirusa yoluxub, 610 nəfər ölüb.

AİA.Az-a məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Beləliklə ölkədə bu virusa yoluxanların sayı 4 715 771 nəfərə, ölənlərin sayı isə 102 648 nəfərə yüksəlib.

Virus daşıyıcılarından 7 695 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Ümumilikdə, İranda təxminən 23,1 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 17 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 6,15 milyon təşkil edir.

Koronavirusa yoluxma üzrə 359 rayon qırmızı, 59 rayon isə narıncı zona hesab olunur. Qırmızı və narıncı zona hesab olunan rayonlara gediş-gəliş qadağandır.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024