Mobil versiya
İki gündə toylara görə 16 nəfər cərimələndi
Tarix: 23-08-2021 | Saat: 14:21
Bölmə:Karusel / Ölkə | çapa göndər

İki gündə toylara görə 16 nəfər cərimələndi


Avqustun 21 və 22-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 38 toy şənliyinin monitorinqini həyata keçirib.

Daxili İşlər Nazirliyindən AİA.Az-a bildirilib ki, monitorinq 24 şadlıq sarayında, 14 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:

- 16 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;

- 119 nəfər "COVID-19" pasportu olmadığına görə şənliyə buraxılmayıb.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-05-2025