Zahid İbrahimov: “Azərbaycan Prezidentinin işğaldan azad edilmiş ərazilərə hər növbəti səfəri həmin bölgənin dirçəlişini sürətləndirən ən güclü stimula çevrilir
Tarix: 20-08-2021 | Saat: 16:07
Bölmə:Gündəm | çapa göndər
“Ölkə Prezidenti cənab İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə etdiyi səfərlər eyni zamanda həm iqtisadi baxımdan, həm də siyasi cəhətdən böyük əhəmiyyət kəsb edir. O cümlədən avqustun 16-da Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Kəlbəcər və Laçın rayonlarına etdikləri tarixi səfərin gedişində, Kəlbəcər şəhərində etdiyi çıxışında da dövlətimizin başçısı bir daha bütün region ölkələrini və qonşu dövlətləri Cənubi Qafqazda dayanıqlı sülhün, sabitliyin və davamlı inkişafın bərqərar olması üçün adekvat addımlar atmağa çağırdı.”
Bu sözləri saytımıza verdiyi müsahibəsində Tərtər Suvarma Sistemləri İdarəsinin rəisi, YAP Tərtər rayon təşkilatının İdarə Heyətinin üzvü Zahid İbrahimov deyib.
Müsahibimiz ilk növbədə qeyd edib ki, Kəlbəcər şəhərində Dövlət bayrağını ucaldan Prezident İlham Əliyev öz çıxışında bir çox vacib məsələlərə toxunub: “Bu gün artıq bütün dünya bilir ki, Azərbycan torpaqlarının işğal altında saxlandığı 30 ilə yaxın müddət ərzində bu istiqamətdə gedən bütün beynəlxalq proseslər, aparılan danışıqlar əslində bir məqsədi güdürdü – vaxtı uzatmaq, münaqişəni dondurmaq və son nəticədə Azərbaycanı işğal faktı ilə barışmaq məcburiyyətində qoymaq. Lakin bütün bu illər ərzində Ölkə Prezidenti cənab İlham Əliyev hər dəfə deyirdi ki, Azərbaycan işğalla barışmayacaq və öz torpaqlarını nəyin bahasına olursa-olsun azad edəcək. Dövlət başçımız Kəlbəcər şəhərində etdiyi çıxışında son on ildə Laçın və Kəlbəcər rayonlarının azad edilməsi ilə bağlı Azərbaycanın qarşısına qoyulan şərtlərdən ətraflı danışdı. Dövlət başçımız dedi: “Artıq bu da sirr deyil ki, danışıqlar dövründə masa üzərində olan təkliflər bizim maraqlarımızı qane etmirdi. Mən bunu açıq bəyan etmişdim və məhz buna görə təklif edilən varianta razılıq vermirdim. Çünki son 10 il ərzində nədən söhbət gedirdi - beş rayon Azərbaycana qaytarıla bilər, Kəlbəcər və Laçın rayonları isə keçmiş Dağlıq Qarabağda referendum keçiriləndən sonra Azərbaycana qaytarıla bilər. Əlbəttə, biz buna heç cür razı ola bilməzdik. Çünki heç bir referendumdan söhbət gedə bilməzdi. Mənim siyasətim ondan ibarət idi və mən bunu açıq şəkildə bəyan edirdim ki, bizim bütün torpaqlarımız işğalçılardan azad edilməlidir, ərazi bütövlüyü tam bərpa edilməlidir, bizə məsələnin yarımçıq həlli lazım deyil. Məhz buna görə edilən təkliflərə Azərbaycan tərəfi razılıq vermirdi. Ancaq sonra bilindi ki, Ermənistan da buna razı deyil. Çünki Ermənistanın məqsədi bu torpaqları, zəbt edilmiş bütün torpaqları əbədi işğal altında saxlamaq idi. İndi çıxan yeni məlumatlar və eyni zamanda, azad edilmiş torpaqlarda mövcud olan mənzərə onu göstərir. Torpaqları təhvil vermək istəyən 6 xətt müdafiə istehkamları qurmazdı. İndi bilinir ki, onların məqsədi status-kvonu əbədi etmək, bizə bir qarış torpaq qaytarmamaq, məsələni uzatmaq idi. Onlar öz xarici havadarlarına güvənərək bunu 30 il ərzində həyata keçirirdilər və istəyirdilər ki, bundan sonra da 300 il ərzində bunu həyata keçirsinlər.” Əlbəttə, ermənilər hər zaman kiməsə güvəniblər. Azərbaycan xalqı isə hər zaman öz Prezidentinə güvənib. Nəticə də göz qabağındadır. Azərbaycanda formalaşan xalq-Prezident-ordu birliyi düşmənin başını əzdi və ölkəmiz öz ərazi bütövlüyünü təmin etdi. Haqq işində Azərbaycan xalqının birliyi, müdrik Prezidentinə və müzəffər Ali Baş Komandanına, şanlı Ordumuza inamı bu tarixi Zəfəri reallaşdırdı, Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu bir daha bütün dünyaya sübut etdi. Ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi, biz tarixi torpaqlarımıza Ermənistan ordusunu məhv edərək qayıtdıq, Ermənistan faşizminin başını əzərək qayıtdıq, erməni cəlladlarını cəzalandıraraq qayıtdıq, şəhidlərimizin qanını alaraq qayıtdıq. Qayıtmışıq, bu gün burada durmuşuq və əbədi duracağıq!”
Həmçinin hakim partiya təmsilçisi bildirib ki, Azərbaycan Ordusu Vətən müharibəsində tam və qəti qələbə qazanmaqla düşməni həm fiziki, həm də mənəvi-psixoloji cəhətdən məhv edib: “Bu gün artıq erməni ordusu deyilən bir qüvvə mövcud deyil. Vətən müharibəsinin gedişində Şanlı Azərbaycan Ordusu erməni silahlı qüvvələrini tamamilə məhv etdi. Digər tərəfdən isə, bu tarixi Qələbə ermənilərin illər boyunca özlərinin, ordularının yenilməzliyi haqqında uydurduqları mifləri də bütünlüklə puça çıxardı, darmadağın etdi. Ölkə Prezidenti cənab İlham Əliyevin Kəlbəcərdə etdiyi çıxışında vurğuladığı kimi, bu müharibə, eyni zamanda, erməni mifologiyasının tamamilə məhv olması deməkdir. Həqiqətən də uzun illər ərzində, ermənilər dırnaqarası “hərbi qələbə” ilə öyünürdülər. Onlar az qala bütün dünyanı inandırmışdılar ki, erməni ordusu “yenilməz ordu”dur və onların ordusu bu torpaqları əbədi işğal altında saxlaya bilər. Lakin Azərbaycan əsgəri bu mifi dağıtdı. Erməni ordusu tamamilə məhv edildi. Erməni ordusunun silah-sursatlarının mütləq əksəriyyəti məhv edildi, ya da ki, qənimət kimi götürüldü və indi Hərbi Qənimətlər Parkında nümayiş etdirilir. Onlar iddia edirdilər ki, erməni əsgəri “cəsur”dur və istənilən müharibədə qalib gələ bilər. Lakin Vətən müharibəi göstərdi ki, erməni əsgəri fəraridir, qorxaqdır. Onlar özləri etiraf etdilər və bu da sübut olundu ki, müharibə dövründə Ermənistan ordusunda 10 min fərari olmuşdur. Bəli, mənfur qonşularımız və onlara bütün dünyada havadarlıq edən qüvvələr xalqımıza Allahdan verilmiş əzəli haqqından onu məhrum etmək üçün illər boyu çalışdılar. Torpaqlarımız işğal olundu, millətimiz dəfələrlə qırğınlara, etnik təmizləmələrə məruz qoyuldu. İşğal edilmiş ərazilərimizdə ermənilər hər cür talan, soyğun və vandalizm aktları həyata keçirdilər. Otuz il ərzində dünyada mövcud olan ermənipərəst qüvvələrin ardıcıl müdaxilələri səbəbilə münaqişənin sülh yolu ilə həlli mümkünsüz oldu. Nəticədə Azərbaycana problemin həlli üçün məhz hərbi əməliyyatlara başlamaqdan başqa bir seçim buraxılmadı. Nəticədə, ötən ilin sentyabr ayının 27-dən başlayaraq 44 gün davam edən Vətən müharibəsinin sonucu olaraq, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu əldə etdiyi tarixi Qələbəsi ilə şanlı tariximizin ən şərəfli səhifəsini yazdı.”
Daha sonra Zahid İbrahimov qeyd edib ki, Prezident İlham Əliyevin öz çıxışında səsləndirdiyi fikirlər yaxın dövr üçün qarşıda duran əsas vəzifələrin icrasını bütün istiqamətlərdə əhatə edən konkret fəaliyyət proqramıdır: “Öz çıxışında Prezident İlham Əliyev Azərbaycan-Ermənistan sərhədində bundan sonra mövqelərimizin daha da gücləndirməyin zəruri olduğunu vurğuladı. Dövlət başçısı xüusi olaraq qeyd etdi ki, Azərbaycan bu gün eyni zamanda, Kəlbəcər, Laçın istiqamətində dövlət sərhədlərini möhkəmləndirir. Müdafiə Nazirliyinin və Sərhəd Qoşunlarının xətti ilə bütün sərhəd boyunca - Murovdağdan Araz çayına qədər bütün sərhəd infrastrukturu, hərbi hissələr yaradılır. Əlbəttə ki, qarşıda duran ən mühüm vəzifələrdən biri də işğaldan azad edilmiş torpaqlarımızın dirçəldilməsi, bu ərazilərdə yenidənqurma, bərpa işlərinin ən yüksək səviyyədə həyata keçirilməsidir. O cümlədən Kəlbəcər və Laçın rayonlarında, Şərqi Zəngəzur regionunda hazırda yenidənqurma-bərpa işləri böyük vüsət alıb. Qürurverici haldır ki, məhz elə Ölkə Prezidentinin bu bölgələrə səfəri zamanı Kəlbəcər rayonunda yarımstansiya fəaliyyətə başladı, dövlət başçısı su elektrik stansiyasının tikintisi ilə tanış oldu, Laçın rayonunda beynəlxalq hava limanının təməlini qoydu. Həmçinin keçmiş məcburi köçkünləri azad edilmiş torpaqlara tədricən qaytarmaq da gündəlikdə duran əsas məsələlərdəndir. Ölkə Prezidenti bu xüsusda bir daha qeyd etdi ki, Zəngilan rayonunda bir neçə aydan sonra artıq birinci qrup keçmiş köçkünlər yerləşəcək. Eyni zamanda, Ağdam, Cəbrayıl, Füzuli və Xocavənd rayonlarında da pilot kəndlər seçilib və artıq həmin kəndlərin bərpası istiqamətində işlər yüksək dinamika ilə davam edir. Əminliklə demək olar ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə etdiyi hər növbəti səfəri həmin bölgənin dirçəlişini sürətləndirən ən güclü stimula çevrilir.”
AIA.Az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
06-02-2025
05-02-2025