Mobil versiya
Könüllü donorlardan toplanan qan necə istifadə olunur? - AÇIQLAMA
Tarix: 20-08-2021 | Saat: 11:34
Bölmə:Ölkə / Parlament / Qərbi Azərbaycan | çapa göndər

Könüllü donorlardan toplanan qan necə istifadə olunur? - AÇIQLAMA


Könüllü donorlar tərəfindən verilən qanlar ilk növbədə irsi qan xəstəliklərindən əziyyət çəkən vətəndaşlarımızın qan ehtiyacını qarşılamaq üçün göndərilir.

Bunu AİA.Az-a açıqlamasında Mərkəzi Qan Bankının müdiri Qumral Ələkbərova deyib. O bildirib ki, bütün dünyada olduğu kimi ölkəmizdə də qan ehtiyacı davamlı xarakter daşıyır:

"Könüllü donorlar tərəfindən verilmiş qanlar toplandıqdan sonra müvafiq laborator müayinələrdən (qan qruplarının təyini və infeksiyaların təhlili) keçirilir. Daha sonra qanlar komponentlərə (eritrosit kütlə, trombosit kütlə və plazma) ayrılır. Sonra həmin qanlar aşağıda qeyd olunan hallar zamanı insanların müalicəsi üçün istifadə olunur:

- İrsi qan xəstəliklərindən (talassemiya, hemofiliya və s) əziyyət çəkən və immun çatışmazlığı vəziyyəti olan xəstələrə;

- Ağır anemiyası olan uşaqlara;

- Hamiləlik və doğuşla əlaqəli qanaxması olan qadınlara;

- Qan və sümük iliyi xəstəliklərindən əziyyət çəkən vətəndaşlarımıza;

- Fövqəladə hallarda, fəlakətlərdə və qəzalarda travmatik xəsarət almış insanlara;

- Tibbi və cərrahi prosedurlardan keçən xəstələrə;

Qumral Ələkbərova əlavə edib ki, irsi qan xəstəliklərindən əziyyət çəkən vətəndaşlarımıza 2-4 həftədən bir davamlı qan transfuziyası olmazsa, onların həyatı üçün risk yarana bilər. O, əhalini qan verərək, həyat xilas etməyə çağırıb:

"Qan həyatın əsas mənbəyidir. Qan təminatı ilə bağlı çətinliklərin yaranmaması üçün vətəndaşlarımızı Mərkəzi Qan Bankı və bölmələrinə gələrək, onlara ehtiyacı olanlara yaşamaq üçün bir şans vermələrini, damarlarında axan qanlarını sevgi ilə paylaşaraq həyat xilas etmələrini rica edirik. Bir nəfərin verdiyi qan 3 nəfərin həyatının xilas edə bilir. Könüllü qan donoru görünməyən qəhrəman olmaq deməkdir. Könüllü qan donoru olmaq ən ali insanlıq missiyalarından biridir.
Davamlı qan bağışlamaqla həyat qurtaran dostlarımız arasına qatıl".

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024