Mobil versiya
Kapital Bank-la Visa kartlarına komissiyasız köçürmələr etmək mümkün oldu
Tarix: 20-08-2021 | Saat: 10:58
Bölmə:İqtisadiyyat | çapa göndər

Kapital Bank-la Visa kartlarına komissiyasız köçürmələr etmək mümkün oldu

Kapital Bank-ın müştəriləri Visa şirkəti ilə birgə keçirilən yeni kampaniya çərçivəsində Visa kartlarına komissiyasız köçürmələr edə bilərlər. Belə ki, bankın istənilən kanalları vasitəsilə xaricdəki Visa kartına köçürmə həyata keçirdikdə komissiya geri qayıdacaq.

Şərtlərə əsasən köçürmə komissiyası müştəridən çıxılacaq və köçürmə edilən və ya alınan müvafiq ay bitdikdən sonra 21 iş günü ərzində bank tərəfindən geri ödəniləcək. 30 sentyabr 2021-ci il tarixinədək davam edəcək kampaniya çərçivəsində maksimum keşbek məbləği 5 manat təşkil edə bilər. Ətraflı məlumat üçün: https://kbl.az/vxkk.

Qeyd edək ki, Visa kartlarını Kapital Bank filiallarında və ya Bankın korporativ saytından onlayn sifariş etmək mümkündür. Kapital Bank Azərbaycan manatı, ABŞ dolları və avro valyutası əsasında ödəniş kartlarını 1, 2 və ya 3 il müddətinə təklif edir.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holdinq-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi - 103 filialı və 20 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-11-2024