Mobil versiya
23 yaşlı müəllim koronavirusdan öldü
Tarix: 19-08-2021 | Saat: 14:19
Bölmə:Karusel / Ölkə | çapa göndər

23 yaşlı müəllim koronavirusdan öldü

Azərbaycanda gənc müəllim koronavirusun qurbanı olub.

AİA.Az xəbər verir ki, söhbət 1998-ci il təvəllüdlü ingilis dili müəllimi Şəbnəm Qurbanovadan gedir. Bu barədə onun həmkarları sosial şəbəkədə paylaşım edib. 10-12 gün öncə virusa yoluxan 23 yaşlı gənc bu gün dünyasını dəyişib.

“Naxçıvan” Universitetinin məzunu olan Şəbnəm Gəncədə ingilis dili müəllimi kimi fəaliyyət göstərirdi. Dostlarının bildirdiyi ilkin məlumata görə, Ş. Qurbanova eyni zamanda xroniki xəstəlikdən də əziyyət çəkib.

Ş. Qurbanova cəmi 2 gün əvvəl koronavirusa yoluxması haqda sosial şəbəkə hesabında məlumat paylaşmışdı: "Virusa mən də yoluxdum. Necə şiddətli, ağır xəstəlikdir. Özünüzü qoruyun. Məni hərəkətsiz yataq xəstəsi edib..."

Günel Türksoy



AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
13-03-2025