Mobil versiya
"Barselona" daha bir ulduzu göndərir - 135 milyona alınan futbolçu gedir
Tarix: 19-08-2021 | Saat: 11:25
Bölmə:İdman | çapa göndər

"Barselona" daha bir ulduzu göndərir - 135 milyona alınan futbolçu gedir

Lionel Messi ilə yollarını ayıran "Barselona" daha ulduz futbolçusunu göndərmək istəyir.

AİA.Az Fanat.az-a istinadən xəbər verir ki, Kataloniya klubu Osman Dembeleni göndərmək niyyətindədi. "Barselona" fransalı hücumçunu ya satmaq, ya da başqa bir futbolçu ilə dəyişmək istəyir.

Məlumata görə, La Liqa təmsilçisi Dembeleni Deyan Kuluşevski ilə dəyişməyi "Yuventus"a təklif edib. Amma Turin klubu təklifi mənfi cavablandırıb.

Qeyd edək ki, Dembele 2017-ci ildə "Barselona"ya Dortmund "Borussiya"sından 135 milyon avroya transfer olunub. 24 yaşlı forvard ötən mövsüm oynadığı 44 matçda 11 qol vurub və 5 məhsuldar ötürmə edib.

AVRO-2020-də Dembele qrup mərhələsində iki dəfə yaşıl meydana çıxsa da, qol vura bilməyib. İyun ayında Macarıstana qarşı F qrupunun II tur matçında (1:1) dizindən zədələnən futbolçu əməliyyat olunub.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-04-2024