Mobil versiya
Ali məktəblərə ixtisas seçiminin tarixi açıqlanıb
Tarix: 17-08-2021 | Saat: 09:30
Bölmə:Təhsil | çapa göndər

Ali məktəblərə ixtisas seçiminin tarixi açıqlanıb

İxtisas seçimi bütün ix­ti­sas qrupları üzrə 2021‑ci il avqustun 20-dən 30-dək in­ter­­net vasitəsilə aparılacaq.

AİA.Az Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir ki, «Abituriyent» jurnalının 4-cü nömrəsi nəşr edilib.

Jurnalın bu nömrəsində 2021/2022-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası, ali təhsil müəssisələrinə qəbul aparılan ixtisaslar, dövlət sifarişi ilə tələbə qəbulunun proqnozu çap edilib.

Bu nömrədə həmçinin M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına tələbə qəbulu elanı və digər zəruri materiallar təqdim olunub.

Jurnalı aşağıdakı ünvanlarda yerləşən “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar:

Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28;
Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-05-2024