Mobil versiya
Zangəzur Dəhlizi region ölkələrinə böyük fayda verəcək strateji infrastruktur layihəsidir - Amerikalı mütəxəssis
Tarix: 16-08-2021 | Saat: 14:09
Bölmə:İqtisadiyyat | çapa göndər

Zangəzur Dəhlizi region ölkələrinə böyük fayda verəcək strateji infrastruktur layihəsidir - Amerikalı mütəxəssis

Zangəzur Dəhlizi region ölkələrinə böyük fayda verəcək strateji infrastruktur layihəsidir.

Bunu Amerikalı ekspert Peter Teyss deyib.

"Lakin bir neçə ölkəni birləşdirən infrastruktur və iqtisadi layihələrə dair Ermənistan orta əsrlər mövqeyini nümayiş etdirir. Təəssüf ki, Nikol Paşinyan ölkəsinin iqtisadiyyatını gücləndirəcək, maliyyə və pul siyasətini konsolidasiya edəcək aktiv infrastruktur layihələrinə deyil, şəxsi saat kolleksiyasını necə genişləndirəcəyinə daha çox diqqət yetirir. Zangezur Dəhlizi Ermənistan, Azərbaycan, İran və Rusiyaya böyük fayda verəcək strateji bir infrastruktur layihəsidir", - ekspert deyib.

Onun sözlərinə görə, Ermənistanın atdığı addımlar praqmatizmin olmadığını göstərir. Eyni zamanda, Bakı dəmir yolu infrastrukturunu, logistika parklarını və bölgə ölkələrinin iqtisadi inteqrasiyasını sürətləndirəcək sistemini özündə birləşdirən strateji yol xəritəsini irəli sürür.

Teys qeyd edib ki, 1992-ci ildə Sovet İttifaqı dağılandan bəri bütün Qafqaz regionunu fəlakət uçurumuna sürükləməyə çalışan ən durğun oyunçu və qeyri-səmimi aktyor Ermənistan olub.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-11-2024