Mobil versiya
UEFA “Qarabağ”a görə AEL-i cəzalandırdı - RƏSMİ
Tarix: 16-08-2021 | Saat: 14:04
Bölmə:İdman | çapa göndər

UEFA “Qarabağ”a görə AEL-i cəzalandırdı - RƏSMİ

UEFA Konfrans Liqasının III təsnifat mərhələsində "Qarabağ"la Kiprdəki oyunda azarkeşlərin davranışına görə AEL-i cəzalandırıb.

AİA.Az Fanat.az-a istinadən bildirir ki, UEFA-nın Nəzarət, Etika və İntizam Qurumu Kipr klubunu 2 maddəyə görə cərimələyib. Meydana yad əşyaların atılmasına görə AEL 2250 avro cərimə olunub. Oyunun sonlarında baş vermiş kütləvi iğtişaşa görə isə Limassol təmsilçisi 5000 ziyana düşüb.
Ümumilikdə, 7250 avro məbləğində cərimənin 90 gün ərzində UEFA-ya ödənilməli olması barədə tələb qərarda əksini tapıb.

Qeyd edək ki, Kiprdə baş tutan oyun zamanı AEL fanatları "Qarabağ"a qarşı qeyri-etik hərəkətlərə yol vermişdilər. Təmsilçimizin bərabərlik qolundan sonra rəqib komandanın fanatları "Qarabağ"ın tribunasının arxasına keçərək təxribatçı şüarlar səsləndirmiş, bu hərəkətə son qoymadıqları üçün oyun referi tərəfindən dayandırılmışdı.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024