Mobil versiya
Həbib Nurməhəmmədov peşəkar futbola başladı - Bu klubla müqavilə bağladı
Tarix: 15-08-2021 | Saat: 15:57
Bölmə:Dünya / İdman | çapa göndər

Həbib Nurməhəmmədov peşəkar futbola başladı - Bu klubla müqavilə bağladı


UFC çempionu Həbib Nurməhəmmədov uşaqlıq arzusunu reallaşdırıb.

AİA.Az Fanat.az-a istinadən xəbər verir ki, dağıstanlı döyüşçü peşəkar futbola başlayıb. Belə ki, Həbib Rusiyanın 3-cü liqasında çıxış edən "Legion Dinamo" (Mahaçqala) klubu ilə müqavilə bağlayıb. Onun komanda ilə məşqlərə başlayacağı bildirilir.

Qeyd edək ki, Nurməhəmmədov daha öncə verdiyi açıqlamada peşəkar şəkildə futbolla məşğul olmaq istədiyini bildirmişdi: "Peşəkar futbolçu olmaq mənim uşaqlıq arzumdur. Futbol bütün idman növlərinin kralıdır. Futbolçu olmaq üçün kimlərə danışmamışam ki? Bunu necə edə biləcəyimlə bağlı Kriştianu Ronaldu, PSJ prezidenti Nasir Əl Xəlifə, UEFA prezidenti Aleksander Ceferinlə danışmışam. Moskva "Spartak"ında məşqlərə çıxmışam. "Spartak" yaxşı komandadır, amma mənim arzum "Real Madrid"dir. Baxdığım ilk matç "Real Madrid"in oyunu olub. 1998-ci ildə Çempionlar Liqasının finalında Miyatoviçin vurduğu qolu hələ də unutmamışam".

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024