Mobil versiya
Niyam məşhur aparıcıya evlilik təklifi edib
Tarix: 15-08-2021 | Saat: 12:49
Bölmə:Media / Şou-biznes | çapa göndər

Niyam məşhur aparıcıya evlilik təklifi edib



Müğənni Niyam Salami aparıcı Lətafət Ələkbərovaya evlilik təklifi etdiyini etiraf edib.

AİA.Az Axşam.az-a istinadən xəbər verir ki, o bu barədə "Onun sirri" verilişində danışıb:

"Səhnə insanı olmağın, duruşun, gözünün rəngi, mədəniyyətin mənim enerjimə yaxın olduğu üçün dostumuz Samirdən söz yolladım. "Lətafətə deyin ki, bir kəllə qənd, bir molla işi bağlayaq". Sənə evlilik təklifi elədim.

Aparıcı isə xəbərin ona gec və düzgün formada çatdırılmadığı bildirib.

Niyam isə bunun onun günahı olmadığını deyib:

"Mənim səhvim onda oldu ki, kişisən özün deyə bilərdin. Mən utandım, çəkindim deməyə".

Lətafət isə özünün deməyinin daha doğru olduğunu bildirib.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-11-2024