Mobil versiya
Şirvanda "patı" satan qadın saxlanıldı - Foto
Tarix: 13-08-2021 | Saat: 17:07
Bölmə:Ölkə | çapa göndər

Şirvanda "patı" satan qadın saxlanıldı -

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat tədbirləri nəticəsində şəhər ərazisində narkotik maddələrin qanunsuz dövriyyəsində və satışında şübhəli bilinən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan aia.az-a verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə Masallı rayon sakini Gülnarə Ağayeva saxlanılıb.

Onun şəhər ərazisində kirayə yaşadığı evə keçirilən baxış zaman sellofan bükümlərdə təmiz çəkisi 742 qram olan "patı" və "şüşə" adlanan psixotrop maddə - metamfetamin və bir ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-03-2025