Mobil versiya
Bu fənlər üzrə müəllimlərin vakansiya seçimi sabah yekunlaşır
Tarix: 12-08-2021 | Saat: 10:16
Bölmə:Təhsil | çapa göndər

Bu fənlər üzrə müəllimlərin vakansiya seçimi sabah yekunlaşır



Biologiya, ingilis dili, musiqi və rus dili fənləri üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsi davam edir.

Bu barədə aia.az-a Təhsil Nazirliyindən bildirilib. Məlumata görə, qeyd olunan fənlər üzrə 30 və daha yüksək bal toplamış namizədlərin bu mərhələdə iştirak hüququ var.

Namizədlər 13 avqust saat 14:59-dək şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimi edə bilərlər.

Qeyd edək ki, namizədlər seçdiyi vakant yerə yerləşdikdən sonra həmin yerdən imtina etdiyi halda müsabiqənin növbəti vakansiya seçimlərində iştirakı təmin olunmayacaq.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
06-05-2024