Mobil versiya
Çelsi ikinci dəfə UEFA Superkubokunu qazandı
Tarix: 12-08-2021 | Saat: 02:30
Bölmə:İdman | çapa göndər

Çelsi ikinci dəfə UEFA Superkubokunu qazandı

İngiltərənin "Çelsi" klubu UEFA Superkuboku uğrunda görüşdə İspaniyanın "Vilyarreal"ını penaltilər seriyasında məğlub etdi.

aia.az xəbər verir ki, görüş İrlandiyanın paytaxtı Belfastdakı "Windsor Park" stadionunda baş tutub.

Qarşılaşmanın əsas vaxtı və əlavə iki hissə 1:1 hesabı ilə başa çatdı. "Çelsi"dən qolu Hakim Ziyeş (27 -ci dəqiqə), "Vilyarreal"dan isə Xerard Moreno (73) vurublar.

"Çelsi" UEFA Superkuboku uğrunda beşinci dəfə oynayır və tarixdə ikinci dəfə bu kuboku qazanır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-05-2024