Mobil versiya
Baş infeksionist: “Əks göstəriş sertifikatı müəyyən müddətlik veriləcək”
Tarix: 11-08-2021 | Saat: 15:44
Bölmə:Qərbi Azərbaycan | çapa göndər

Baş infeksionist:

“Vaksinlənmə əleyhinə “Əks göstəriş sertifikatı” müəyyən müddətlik veriləcək. Yəni xəstənin o vəziyyətdəki halı müayinə edilib, əks-göstəriş sertifikatı veriləcək”.

Bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov bildirib.

Onun sözlərinə görə, xəstənin vəziyyəti yaxşılaşandan sonra peyvəndə dəvət ediləcək:

“Bildiyiniz kimi avqustun 9-dan etibarən bu sertifikatların alınması üçün müraciətlərə başlanılıb. İlkin olaraq poliklinikalarda məsələyə baxılır, dəyərləndirilir, sonda xəstə haqqında məlumatlar Səhiyyə Nazirliyinin tibbi komissiyasına göndərilir və yenidən dəyərləndirilir. Bu komissiya hələ işə başlamayıb. Əks göstəriş sertifikatı konkret xəstənin o durumdakı vəziyyətinin dəyişəcəyini nəzərə alaraq müəyyən müddətə veriləcək.

Onlar dinamik müşahidəyə götürüləcək. Düşünmürəm ki, hansısa şəxslərdə vaksinasiyaya birdəfəlik qadağa olsun. Olsa bu, çox az olacaq. Lakin böyük əksəriyyətə əks göstəriş sertifikatı müəyyən müddətlik veriləcək”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024