Payızda yoluxma arta bilər, ona görə vaksinasiyanı sürətləndirmək lazımdır - Mütəxəssis
Tarix: 09-08-2021 | Saat: 17:48
Bölmə:Qərbi Azərbaycan | çapa göndər
Dünyada koronavirusa yoluxma sayında artım müşahidə olunur və Azərbaycanla qonşu ölkələrdə də bu yüksəliş var. Nəzərə alsaq ki, COVID-19 hava-damcı infeksiyasıdır, bu təbii ki, bizdəki mövcud duruma da sirayət edəcək.
Bunu Trend-ə açıqlamasında Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin mütəxəssisi Könül İsmayılova deyib.
Onun sözlərinə görə, yoluxmanın artmasına səbəb karantin tədbirlərinin yumşaldılması və turizmin qismən bərpa olunmasıdır:
"Bundan əlavə yeni ştammın yoluxuculuğu da yüksəkdir və bu baxımdan insanlar arasında asanlıqla yayılır. Laqeydlik olarsa, təbii ki, pandemiyanın müddəti uzana bilər. Ona görə də qorunma tədbirlərinə davam etməliyik. Tövsiyə olaraq onu deyə bilərəm ki, insanların kütləvi toplaşdığı məkanlarda vacib olmadıqca az iştirak etmək lazımdır. Qapalı mühitlərdə havalandırma, maskalardan istifadə, əl gigiyenasına riayət olunması, dezinfeksiyaedici məhlullardan istifadə və vaksinasiya qüvvədə qalır".
Həkim-mütəxəssis onu da qeyd edib ki, beynəlxalq tədqiqatlar göstərir ki, koronavirusdan ölüm və yoluxma sayı vaksinasiya olunmamış şəxslər arasında yüksəkdir:
""Public Health England"ın araşdırmalara görə, "Moderna" və "Pfizer"in bir dozası vurulduqda effektivlik 71 və 94 faiz, iki doza vurulduqda isə müvafiq olaraq 94 və 96 faiz olub. Britaniya epidemioloqları hesab edir ki, sosial ünsiyyət artdığı dövrdə, yəni payızda yoluxma arta bilər, bu baxımdan vaksinasiyanı sürətləndirmək lazımdır. Əgər Azərbaycanda da yoluxma bu intensivliklə artarsa, düşünürəm ki, Nazirlər Kabineti yanında Operativ Qərargah bununla bağlı müvafiq qərarlar verəcək. Mövcud epidemioloji durumun təhlilinə əsasən isə hansı qərarın verilməsini qabaqcadan proqnozlaşdırmaq mümkün deyil".
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
15-11-2024