Mobil versiya
Bakı Gənclər Mərkəzi "Nizami Gəncəvi ili”nə daha bir töhfəsi ilə diqqət çəkib
Tarix: 09-08-2021 | Saat: 17:32
Bölmə:Media | çapa göndər

Bakı Gənclər Mərkəzi "Nizami Gəncəvi ili”nə daha bir töhfəsi ilə diqqət çəkib


Bakı Gənclər Mərkəzi Yaxın Şərqin bədii fikir salnaməsində misilsiz xidmətləri olan Nizami Gəncəvinin 880 illik yubileyi ilə əlaqədar Azərbaycanda "Nizami Gəncəvi ili" çərçivəsində, şairin yaradıcılığına həsr olunan silsilə layihələri ilə diqqət çəkib.

Dahi şairin dünya şöhrətli "Xəmsə"sinə daxil olan saf, ülvi hissləri özündə təcəssüm edən "Leyli və Məcnun" əsəri, əməksevərliyi, yüksək insani görüşləri özündə tərənnüm edən "Sirlər Xəzinəsi"nə daxil olan "Kərpickəsən kişinin dastanı" əsəri əsasında hazırlanmış video-çarxlar gənclər üçün maarifləndirici rol oynayıb.

Silsilə layihələrin davamı olaraq şairin "Yeddi Gözəl" poemasına daxil olan "Xeyir və Şər" mənzum hekayəsi Mərkəzin "SəhnədəSən" aktyorluq klubunun istedalı üzvlərinin iştirakı ilə səhnələşdirilib.

Süjet xətti Xeyirin humanistliyi ilə Şərin bədxahlığı üzərində qurulan əsər bir gözəlin Bəhram şaha söylədiyi nağıl-rəvayətlərdən biridir. Müəllif burda Şərin müvəqqəti qələbəsindən sonra Xeyirin təntənəsini göstərir.

Qeyd edək, Bakı Gənclər Mərkəzinin "SəhnədəSən" klubuna uzun sürən kastinq- seçim turunu uğurla keçən gənclər seçilib. Məşqlər zamanı üzvlərlə peşəkar aktyorlar çalışıb.





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə