Mobil versiya
Messi məşhur klubla danışıqlara başladı
Tarix: 06-08-2021 | Saat: 13:11
Bölmə:İdman | çapa göndər

Messi məşhur klubla danışıqlara başladı

Ötən gün İspaniyanın "Barselona" klubundan ayrılan Lionel Messinin karyerasını hansı klubda davam etdirəcəyi maraqla gözlənilir.

AİA.Az offsideplus.az-a istinadən xəbər verir ki, jurnalist Məhəmməd Buhafsi tvitter hesabında ulduz futbolçunun son bir neçə saat ərzində Fransanın PSJ klubu ilə danışıqlar apardığını bildirib.

Paris təmsilçisi 34 yaşlı hücumçu ilə müqavilə imzalamağı ciddi şəkildə düşünür və bunun həllini tapmağa çalışır.

Bir neçə gün əvvəl Messinin PSJ futbolçuları ilə görüşməsi onun Paris klubuna keçmə ehtimalını artırır.

Qeyd edək ki, Messi 2003-cü ildən "Barselona"da çıxış edirdi. O, bu komandanın heyətində 10 dəfə İspaniya çempionu olub, yeddi dəfə ölkə kubokunu, səkkiz dəfə isə superkuboku qazanıb. Dörd dəfə Çempionlar Liqasının, üç dəfə UEFA Super Kubokunda və klublararası dünya çempionatının qalibi olub.

AİA.Az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024