Mobil versiya
Ərdoğan yeni təhsil naziri TƏYİN ETDİ
Tarix: 06-08-2021 | Saat: 09:56
Bölmə:Manşet / Təhsil | çapa göndər

Ərdoğan yeni təhsil naziri

Türkiyənin milli təhsil naziri, professor Ziya Selçuk vəzifəsindən azad olunub.

aia.az xəbər verir ki, bu barədə ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan sərəncam imzalayıb.

Z.Selçuk işdən çıxmaqla bağlı ərizə yazıb. Ərdoğan onun ərizəsini qəbul edib.

Dövlət başçısının digər sərəncamı ilə professor Mahmut Özər milli təhsil naziri təyin edilib. O, bu təyinata qədər təhsil nazirinin müavini işləyib.

Bundan əlavə, professor Petek Aşkar, doktor Sadri Şensoy və professor Ahmet Emre Bilgili milli təhsil nazirinin müavinləri təyin ediliblər.

Qeyd edək ki, Mahmut Özer 1970-ci il mayın 5-də Türkiyənin Tokat bölgəsində anadan olub. 1992-ci ildə İstanbul Texniki Unversitetinin Elekrtonika və İnformasiya Mühəndisliyi fakültəsini bitirib. Sonrakı illərdə müxtəlif universitetlərdə təhsilin davam etdirib. 2018-ci il avqustun 8-də milli təhsil nazirinin müavinin vəzifəsinə təyin edilmişdi.

AİA.AZ



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-11-2024