Mobil versiya
Valideynləri peyvənd olunmayan uşaqlar məktəbə buraxılmayacaq?
Tarix: 05-08-2021 | Saat: 18:07
Bölmə:Karusel / Təhsil | çapa göndər

Valideynləri peyvənd olunmayan uşaqlar məktəbə buraxılmayacaq?

Son günlərdə məktəbə gedən uşaqların valideynlərindən vaksin sənədinin tələb olunması ilə bağlı yayılan xəbərlərə Təhsil Nazirliyindən münasibət bildirilib.

aia.az xəbər verir ki, nazirlikdən Bakipost-a verilən məlumata görə, hazırda belə bir göstəriş yoxdur:

“Bağçalar TN-nin tabeliyində deyil. Məktəblərlə bağlı isə bu haqda danışmaq tezdir”.

Qeyd edək ki, sosial şəbəkələrdə valideynləri koronavirus əleyhinə peyvənd olunmayan şagirdlərin məktəbə buraxılmayacağına dair məlumatlar yayılıb.

Məlumatda deyilir ki, əgər uşağın hər iki valideyninin vaksinasiyaya dair sənədi məktəbə və ya bağçaya təqdim olunmasa sentyabrdan təhsil müəssisəsinə buraxılmayacaq. Bu tələb isə bir çox valideynin narazılığına səbəb olub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-11-2024