Mobil versiya
ÜST-dən koronavirus xəbərdarlığı: “Peyvəndi olmayan ölkələrdə yeni variantların yaranması riski var”
Tarix: 03-08-2021 | Saat: 08:55
Bölmə:Manşet / Qərbi Azərbaycan | çapa göndər

ÜST-dən koronavirus xəbərdarlığı:


Vaksin olmayan ölkələrdə koronavirus infeksiyasının intensiv yayılması daha təhlükəli variantların yaranması ehtimalını artırır.

“İzvestiya”nın məlumatına görə, bu barədə ÜST-dən bildirilib.

Qurumdan bildirilir ki, sözügedən vəziyyət mövcud preparatların effektivliyini aşağı sala bilər. Buna görə də böyük həcmdə peyvənd ehtiyatı olan ölkələr onu digərləri ilə bölüşməlidir.

“Bir çox ölkələrin peyvənd çatışmazlığından əziyyət çəkdiyi bir vaxtda bu preparatların böyük ehtiyatına sahib ölkələr onları bütün əhalisini təmin etmək üçün özündə toplamamalıdır. Peyvəndi olmayan ölkələrdə virusun intensiv yayılması infeksiyanın daha təhlükəli variantlarının yaranması ehtimalı artırır. Bunun nəticəsində preparatların effektivliyi aşağı düşə bilər”, - deyə ÜST-dən qeyd olunub.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024